Ümidsizlik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adətən, mən ümidsizliyə qapılanda tarixin bir çox epizodlarını yada salıram. Əsrlər boyunca həqiqət və sevgi həmişə qalib gəlib. Bəli, tarixdə çox qüdrətli zülmkarlar olub, amma sonda hamısı iflasa uğrayıb. Bunu həyatın çətin anlarında xatırla. Mahatma Qandi
- Ağrı, ümidsizlik, yersiz bədən fəaliyyəti və həyat cərəyanlarının yanlış istiqamətləndirilməsi (və ya idarə edilməsi) aşağı psixi təbiətdəki maneələrin nəticəsidir. Alisa Beyli
- Aldadılmış, rüsvayçılıqla tərk edilmiş, çarəsizcəsinə ümidsizlik və rüsvayçılıq içində geri çəkilən, əlindən gələni əsirgəmir, ömrünün bəhrəsini öldürür, günahlandırılır və ya həbs edilir, ya da edam edilir. Vicdansız və həqiqi qatil - cəzadan azaddır. Az sonra qızını “hörmətli, düzgün ailə”yə ərə verir və hörmətli, dindar bir insan olur. Bir çoxları şərəf və ləyaqətlə gəzirlər ki, belə bir şəkildə onların şərəf və vicdanını ləkələyib. Əgər qadınların qanunvericilikdə iştirak hüququ olsaydı, burada çox şey dəyişərdi. Avqust Bebel
- Azğın ehtiraslarına ağılsızlıq və ümidsizlik də birləşən hirsli qadında elə bir şey var ki, heç bir kişi onunla rastlaşmaq istəməz. Çarlz Dikkens
B
redaktə- Bəşəriyyət ölümcül ümidsizlik və tamamilə yox olmaq arasındakı kəsişmə nöqtəsindədir. Ya Rəbb, düzgün seçim etmək üçün bizə hikmət ver! Vudi Allen
- Bütün məğlubiyyətlərin əsas səbəbi ümidsizlik və qorxudur. Uill Rocers
Ə
redaktə- Ən böyük ümid ümidsizlik üzərində qələbədir. Jorj Bernanos
- Əzab çəkib sağalmağın, ümidsizliyə qapılmağın və ümidimizi bərpa etməyin nə olduğunu hələ bilmədiyimiz ilk böyük kədərimizin ilk anları ilə gələn ümidsizlik qədər mütləq bir ümidsizlik yoxdur. Corc Eliot
G
redaktə- Gerçək ümidsizlik can vermə, məzar və uçurumdur. Alber Kamyu
İ
redaktə- İnsan özünü xilas etmək üçün bütün vasitələri sınaqdan keçirənə qədər həyatdan ayrılmaq istəmir. Ümidsizlik nə qədər güclü olsa da, elə insanlar var ki, bu ümidsizlik onların ruhunu sındıra bilmir. Mayn Rid
- İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək... Jül Vern
- İnsanın düşdüyü ümidsizlik nə qədər dərindirsə, onun xoşbəxtliyə susamış ürəyinin fəryadı bir o qədər şiddətlidir. Stefan Sveyq
K
redaktə- Kədər, həsrət, peşmanlıq, ümidsizlik - bunlar keçib gedən, ruhda köklənməyən çətinliklərdir; və təcrübə bizi öyrədir ki, bu nə qədər aldadıcı bir acı hissdir və bu aldadıcı hissin təsiri altında bədbəxtliklərimizin əbədi olduğunu düşünürük. Jan Jak Russo
- Kök salmaqda olan ümidsizlik adəti ümidsizliyin özündən də pisdir. Taun
T
redaktə- Tale heç bir ölkəyə Rusiyaya qarşı olduğu qədər amansız olmayıb. Liman görünəndə gəmisi batdı. O, artıq fırtınadan keçmişdi ki, hər şey dağıldı. Artıq bütün qurbanlar verilib, bütün işlər tamamlanıb. Tapşırıq artıq başa çatdıqdan sonra ümidsizlik və xəyanət hakimiyyəti ələ keçirdi ... Uinston Çörçill
U
redaktə- Uğursuzluqla uğur sevgi ilə uyğun gəlmədiyi kimi, məyusluq və ümidsizlik də xoşbəxtliklə uyğun gəlmir. Teodor Drayzer
Ü
redaktə- Ümidsizlik, döyüşlərdə tez-tez qalib gəlib. Volter
- Ümidsizlik elə bataqlıqdır ki, düşərsən, boğularsan,
Ümidə sarıl möhkəmcə, gör nə olarsan. [1] Mehmet Akif Ersoy - Ümidsizlik - insanın özünə qarşı hazırlaya biləcəyi sui-qəsdlərin ən qorxulusudur. Ümidsizlik mənəvi intihardır. Jan Pol Sartr
- Ümidsizlik, qorxudan pişiyin itə hücüm etməsi kimi insanı cəsarətləndirir. Süleyman
- Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır. Napoleon Bonapart
- Ümidsizlik pisliyin səbəblərini başa düşməyən, çıxış yolu görməyən və mübarizə apara bilməyənlərə xasdır. Vladimir Lenin
- Ümidsizlik, ümidsiz qorxudur. Rene Dekart
- Ümidsizlik və lənglik məğlubiyyətə gətirib çıxaran qorxaqlıqdır. Henri Toro
- Ümidsizlik və pis əhval-ruhiyyə ətrafdakılara nəinki əzabverici, eləcə də sirayətedici təsir göstərir. Lev Tolstoy
- Ümidsizlik, yalnız başımıza gələn bəlanın şiddətini artırır; tələf olmaq istəyən isə tələf olacaq. Daniel Defo
- Ümidsizlik zəiflərə xasdır. Ümidsizlərə inanmayın, onlar həmişə gücsüzdürlər. Qüstav Flober
- Ümidsizliklə mübarizə aparmaq lazımdır, çünki ümidsizlik dirilər üçün deyil, ölülər üçündür.[2] Ernest Bakler