Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
Atom fəaliyyətinin və radioaktivliyin iki mərhələsinin Günəş sistemindəki bütün atomların təkamülünü səciyyələndirdiyini görək, indi insan atomunda şüurun təkamülü zamanı gözlənilən müxtəlif inkişafların nə olduğunu görək. Mən diqqətimizi bu insan şüuruna yönəltmək istərdim, çünki o, Günəş sistemindəki mərkəzi təkamüldür. İlahi həyatın üç aspekti - məskunlaşan həyat və ya ruh, maddi forma və ya əsas vasitə və ağıllı fəaliyyət amili bir araya gətirildikdə, müəyyən konkret nəticələr əldə ediləcəkdir. Alisa Beyli
Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedı-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik. Əbülfəz Elçibəy
Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır. Georq Vilhelm Fridrix Hegel