Robin Şarma



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Aydınlanmış olmaq, tamamilə işıq olmaqdır; tamamilə işıq olan birinin kölgəsi olmaz, qaranlıq tərəfləri olmaz, qorxuları, ehtirasları və sərhədləri olmaz.

BRedaktə

  • Başqalarını, ancaq özünü sevmə sənətində ustalaşdığın zaman həqiqətən sevə bilərsən.
  • Bəzi insanlar iyirmi yaşında ölür, amma səksən yaşında dəfn edilir.
  • Biz hər hansı bir şeyi sevdiyimiz yox, özümüzü bunu etməyə borclu hiss etdiyimiz üçün edirik.
  • Bizi formalaşdıran və tərz qazandıran şeylər, sevdiyimiz şeylərdir.

ÇRedaktə

  • Çox az adamın çatdığı uğurları əldə etmək üçün, çox az adamın cəsarət edə bildiyi şeyləri edin.
  • Çox təəssüf ki, çox insan necə yaşanacağını, ancaq ölmək vaxtı gələndə öyrənər. Çox insan ömürünün ən gözəl illərini, bir bina mənzilində, televiziya izləyərək keçirər. Çox insan iyirmi yaşında ölər və səksən yaşında da basdırılar. Bunun, sizin də başınıza gəlməsinə icazə verməyin.
  • Çöl dünyada etdiyin hər şey daxili dünyada başlayır.

CRedaktə

  • Cəsarət, qorxunun yoxluğu deyil, qorxunun içindən gedib sizin üçün əhəmiyyətli olan məqsədi qovmaqdır.

DRedaktə

  • Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən təməl özəlliyidir, davam edən öyrənmə, sarsıntılı zamanları geridə qoymaq və həyatda qalmağın ən önəmli taktikalarından biridir.
  • Deyəsən artıq yaxşı insanlar; Ətrafa verdiyi İnsanlıqdan ötəri üzr istəməlidir.
  • Düşüncələrini və həyatını yaxşılaşdırmaq üçün zamanın olmadığını söyləmək, benzin almaq üçün dayanmağa zamanın olmadığını, çünki avtomobili sürməklə məşğul olduğunu söyləmək kimi bir şeydir. Bu axır-əvvəl səni yarı yolda qoyacaq.

FRedaktə

  • Fövqəladə bir şeydir eşq. Siz belə özünüzü sevə bilmirkən, o sizi bir başqasına sevdirir.

GRedaktə

  • Geridə buraxdıqlarımız üçün darıxır, əlimizin altındakından sıxılır, çata bilmədiklərimizə tutuluruq!

HRedaktə

  • Heç bir zaman həyatdan dümağ bir səhifə gözləmə! Çünki ikinci səhifə belə, birincinin izlərini daşıyar.
  • Heç kim mənə özünü sübut etməyə səy göstərməsin! Çünki hər şey ortadadır; yeni maskalar taxmağın bir lüzumu yoxdur.
  • Hər bir şəraitdə pozitivi axtarmağı vərdiş halına gətirsən, həyat keyfiyyətin ən yüksək səviyyəsinə çatacaq.
  • Hər şey iki dəfə yaradılır, əvvəlcə ağılda, sonra isə reallıqda.
  • Həyatınız haqqında düşünməyə dəyərsə, yazmağa dəyər.

İRedaktə

  • İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər.
  • İşə yarayacaqlarına inanmasan, işə yaramayacaqlar.

KRedaktə

  • Keçmişin dustağı olmağı buraxmalısan. Bunun yerinə, gələcəyin memarı olmalısan.

QRedaktə

  • Qadınlar anlamaq üçün yox, yaşanmaq üçündür. Yaşanacaq qadın tapdınızsa, anlamaq üçün vaxt itirməyin.

MRedaktə

  • Mənə yaxşı gələnlər, həmişə məndən gedənlər oldu.
  • Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim.

ÖRedaktə

  • ‎Ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir.
  • Öz qayğına qalmırsansa, başqasınının qayğısına necə qalacaqcan? Özünü piss hiss edirsənsə, başqalarına necə yaxşılıq edəcəksən? Sən özünü sevmədən başqasını sevə bilməzsən.

SRedaktə

  • Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir. Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur.

TRedaktə

  • Tutmadığın hər söz nə cür kiçik və zahirən əhəmiyyətsiz olursa olsun, davamlı olaraq şəxsiyyətindən bir şeyləri alıb aparar.

URedaktə

  • Uğurunuzu üç dəfə artırmağın ən sürətli yolu şəxsi inkişafa investisiyanızı ikiqat artırmaqdır.

ÜRedaktə

  • Ürəyində həll edilmədən qalan hər şey üçün səbirli ol. Suallarınla özünü sevməyə çalış, kilidli otaqlar və xarici dildə yazılmış kitablar kimi. Cavabları indi axtarma. Hal-hazırda cavablar sənə verilə bilməz, çünki sən hələ onlarla yaşaya bilməzsən. Bu, hər şeyi yaşama məsələsidir. Hal-hazırda sənin sualı yaşamağın lazımdır. Bəlkə gələcəkdə nə vaxtsa, fərqinə belə varmadan, bir gün özünü, cavabını yaşayarkən tapacaqsan.

YRedaktə

  • Yaxşı insanlar, özlərini davamlı olaraq gücləndirirlər.
  • Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət”dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər.

ZRedaktə

  • Zehində güclü bir şəkildə canlandırmağı öyrəndiyində, içindəki canlı güclər oyanacaq.

İstinadlarRedaktə