Şər
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmağın biri şər əkibsə - al orağı biç. Xausa atalar sözləri
B
redaktə- Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki Rəsulullah (s) buyurmuşdur: Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan. Həzrəti Əli
- “Bir şərdən qaçsan, başqa şərə düşərsən”. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır. Əbu Turxan
G
redaktə- Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Azərbaycan atalar sözləri/G
X
redaktə- Xeyir ilə şər qardaşdır. Azərbaycan atalar sözləri/X
- Xeyir və şər, zənginlik və yoxsulluq, yüksək və aşağı və dəyərlərin bütün adları silaha çevrilib həyatın yenidən və yenidən özünü məcbur etməsini mübarizcəsinə təsdiq edəcək! Fridrix Nitsşe
M
redaktə- Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər. Əbu Turxan
P
redaktə- Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər. Jan de Labrüyer
S
redaktə- Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Həzrəti Əli
Ş
redaktə- Şər adam qəsdən başqasına zərər vurmağa çalışar və özündən ləzzət alar. Nəsirəddin Tusi
- Şər hamımızın həyatına yol tapır, ancaq bircə ortaq cəhəti var: şər yoxluğunu ən birinci sənə inandırır. Mel Qibson
- Şər nə qədər görünməzdirsə, o qədər də qorxuludur. Şeytanın başının üstündə “şeytan” yazısı gəzdirmir. Mel Qibson
- Şərin də xeyir kimi öz qəhrəmanları var. Fransua de Laroşfuko
V
redaktə- Var-dövlət mərhumu qapının kandarında tərk edir. Dostlar və qohumlar, qəbiristanlıqda yalnız xeyir və şər əməllər mərhumu daim təqib edir. Nikola Şamfor
Y
redaktə- Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır. Əbu Turxan