A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma. Əbu Turxan
  • Sevinmək istəyirsinizsə, başqalarının sevinclərinə şərik olun. Po Çü
  • Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
  1. mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma;
  2. müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
  3. öz səhvini başa düşdükdə,bunu səmimiyyətlə etiraf et;
  4. sakit tərzdə söhbət etməyə çalış;
  5. hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
  6. qarşındakına danışmaq imkanı ver,tez-tez sözünü kəsmə;
  7. öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
  8. heç kəslə bağlı tərəfkeşlik etmə;
  9. müsahibinin dərdlərinə şərik olmağa çalış;
  10. öz ehtiras və duyğularını nəzarət altında saxla;
  11. qarşındakının həm gözünə,həm də düşüncələrinə nüfuz etməyə çalış;
  12. öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər. Deyl Karnegi
  • Yaxşı arvad malda, böyüklükdə, ev dolandırmaqda kişinin şəriki olar, ər bir yerə getdikdə onun yerini tutar. Arvadın ən yaxşısı odur ki, ağıl, dəyanət, iffət, həya, ismət, riqqət və nəzakətdə, ərinin sözünə baxmaqda, fədakarlıqda, dostluqda tayı-bərabəri olmaya, qohum-əqrəbaları arasında vüqarlı, hörmətli, hümmətli hesab edilə, doğumlu ola, tərbiyə verməkdə, səliqə yaratmaqda, pul xərcləməkdə, təsərrüfatı idarə etməkdə mahirlik göstərə, qayğıkeşliyi, mehribanlığı, şux təbiəti, xoş xasiyyəti ərinin könlünü açmağa, dərdini dağıtmağa səbəb ola. Nəsirəddin Tusi

İstinadlar

redaktə