Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya. Nəsirəddin Tusi
Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır. [1]Mirzə Fətəli Axundov
Əsl hörmət - insanın mənəvi məziyyətinə edilən hörmətdir! Rütbəni pul ilə, şan-şöhrəti rütbə ilə qazanmayanlar mənəvi hörmətə layiqdirlər.[2]Onore de Balzak
Mən bacardığım hər şeyi sona qədər edəcəyəm. Əgər sonda haqlı olaramsa, o zaman məni tənqid edənlərin və qeybətimi qıranların sözləri bir qara qəpiyə dəyməz. Amma haqlı olmamağım ortaya çıxarsa, mələklərin xoru mənə şan-şöhrət mahnısı oxusa belə, bu heç nəyi dəyişməz. Avraam Linkoln