A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
  • Bir şəhəri əhatə etdiyin və rəhbərliyi keçirdiyin zaman xalqa əvvəlkindən daha yaxşı davran. Sədi
  • Bir yazıçıyam. Mən deyil, qələmim düşünər, xatırlayar, ya da əhatə edər. Alber Kamyu
  • Çünki qəlbimizin dərinliyində elə bir şey qalmışdı ki…bizi əhatə edən dünya qarşısında qorxu, buna görə bir-birimizdən nə qədər zəhləmiz getsə də, birdəfəlik bir-birimizi buraxa bilməməyimiz. İşiquro Kazuo
  • Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.[1] Həsən əl-Əskəri
  • Fəzilət növlərinin əhatə etdiyi anlayışlar bunlardır. Bunların bəzilərinin tərkibinə daxil olanları isə hədsiz-hüdudsuz təsəvvür etmək olar, onların bəzilərinin özünəməxsus adı var, bəzilərinin isə yoxdur... Nəsirəddin Tusi
  • “Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır. Oşo (Çandra Mohan Racniş)
  • Quldarlıq ləğv olunmadı, sadəcə bütün rəngləri əhatə edərək genişləndirildi. Çarlz Bukovski
  • Quranın dediyinə görə İsa imam Mehdinin əlindən tutmuş halda gələcək. O zaman sülh və barışıq bütün dünyanı bürüyəcək. Mehdi və İsaya səslənirəm ki, tez gəlin, tez gəlin ! Gəlsinlər tez gəlsinlər. Məgər bu düz deyilmi ki, dünyanı təhlükələr əhatə edib?! Bugün bütün zaman və məkanların düşmənləri Fələstinin işğal edilmiş ırazilərində toplanmışdır. Mən inanıram ki, tarixin bütün müharibələrinin möhürü məhz bu Qəzzə müharibəsi olacaqdır. Biz Fələstində sülh və barış üçün döyüşürük. Bu bizim və bütün Latın Amerikalıların xeyrinədir.[2]  (azərb.)

Mənbə

redaktə
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

redaktə
  1. Biharul-Ənvar, c. 78, səh. 255, hədis 17
  2. Uqo Çaves 12-ci İmam Mehdi (ə.f.) haqqında. youtube.com