Bilavasitə dərk edilən, dərinin hüdudları və ya daha dəqiq serebral əsəb sistemindən çıxan ən qıraq sonluqlarla ilə məhdudlaşır. Bu hüdudların kənarında yerləşən dünya barədə yalnız bizim beynimizdə əks olunan simalar vasitəsilə bilirik. Sual ondadır ki, bu simalar bizdən asılı olmayan mövcud dünyaya uyğun gəlirmi və nə qədər uyğun gəlir. Artur Şopenhauer
Mədə yarasına səbəb yediyimiz qida deyil, əsəb gərginliyidir. Robert Fulton
Məhəbbət əsəblərin daimi, qüvvətli və sağlam qıcıqlanmasıdır. Bu qıcıqlanma əsəb sistemini, əqli və əxlaqi qüvvələri inkişaf etdirir. Nikolay Çernışevski
Sivilizasiya, şəhər, tramvay, hamam-əsəb xəstəliklərinin yaranmasının səbəbi budur. Daş dövründə yaşayan əcdadlarımız içirdilər də, hər şey edirdilər də, amma əsəbləşmirdilər. Mixail Zoşşenko