Bizim əsl müəllimlərimiz təcrübə və hisslərdir. Jan Jak Russo
Bu termini tam mənası ilə götürsəniz, əsl demokratiya heç vaxt olmayıb və olmayacaq. Çox sayda adamın idarə etməsi və az sayda insanların idarə olunması təbii qaydalara ziddir. Xalqın daima yığıncaqlar keçirməsini və ya ictimai işlərlə məşğul olmasını təsəvvürə gətirmək olmur. Çox asanlıqla görmək olar ki, o, bunun üçün hər hansı komissiya yarada bilməzdi ki, idarəetmə forması da dəyişməsin. Jan Jak Russo
Əgər gözəllik ilə gerçək arasından birini seçməm gərəksəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki onun içində əsl həqiqətdən daha yüksək və daha dərin bir gerçək olduğuna inanıram. Anatol Frans
Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz. Anatol Frans
Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir. Konfutsi
Əsl dost yer üzünün əşrəfidir, ancaq çox az adam onu tapmağa çalışır. Fransua de Laroşfuko
Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. Oskar Uayld
Qorxu və ümid - insanları idarə edən bu iki alətdir. Bu iki alətdən istifadə etmək əvəzinə, onların arasında fərq qoymadan, onlardan təbiətinə uyğun olaraq istifadə etmək lazımdır. Qorxu təhrik etmir, qorxunun qabağını alır və cəzalar haqqında qanunlarda ondan istifadə edilməsi yaxşı işlər görmək üçün yox, pis işlər görməyə mane olmaq üçündür. Yoxsulluq qorxusu qarşısında avaraların nə vaxtsa zəhmətkeş insan olması inandırıcı deyil. Ona görə də insanlar arasında əməkdə əsl yarış ruhu yaratmaq üçün onlara göstərmək lazımdır ki, əmək aclıqdan xilas olmaq üçün yox, rifaha nail olmaq üçün vasitədir. Gəlin, belə bir ümumi qayda müəyyən edək: heç kəsi nəyisə etmədiyinə görə yox, etdiyi şeyə görə məzəmmət etmək lazımdır. Jan Jak Russo
Nə qədər ki, həyat rahatlığı çoxalır, incəsənət mükəmməlləşir, dəbdəbə , cah-calal yayılır, əsl cəsarət sönür, hərbi şücaətlər yox olur; və bütün bunlar kabinetlərin kölgəsində inkişaf edən elmin və incəsənətin işidir. Müharibə və fəth bir tərəfdən, dərin despotizmin digər tərəfdən bir-birinə qarşılıqlı kömək etdiyini başa düşmək çətin deyil. Başqa millətləri fəth etmək üçün qullardan ibarət bir xalqdan istənilən qədər pul və insan almaq olar. Müharibə , eyni zamanda pul toplamaq və xalqı qorxuda saxlamaq üçün çox saylı ordunu daim saxlamaq kimi bir bəhanədir. Jan Jak Russo
Taleyi dərk etmədən nəcib insan olmaq olmaz. Lazımi şeyi dərk etmədən həyatda dayaq əldə etmək mümkün deyil. Sözlərin əsl mənasını dərk etməyi öyrənmədən insanları tanımaq olmaz. Konfutsi
Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur. Jan Jak Russo