A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alimlik səviyyəsi nə qədər yüksək olursa olsun, bədii-estetik təfəkkürlə birləşmədən filosofluq məqamına çatmaq mümkün deyil. Əbu Turxan
  • Bilgi və alimliyini gözə soxanların nə erudisiyası var, nə də alimliyi. Ernest Heminquey
  • İnsanı dünya sirlərinə vaqif edən dörd şeydir: Hikmət - yəni alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək. Əql - yəni tədbir, səbr, nəzakət, mərhəmət. Təmkin - yəni həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək. Ədalət - yəni doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək, xoşxasiyyətlilik. Kəlilə və Dimnə
  • Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [1] Con Lokk
  • Yunanıstan alimliyi, ədəbiyyatı ilə həmişə bizi qabaqlamışdır. Məgər burada müqavimət göstərməyənləri dəf etmək çətindirmi? Mark Tulli Siseron

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər, Bakı, 2005