Asılılıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aşiq bir qadın, sevdiyi adamın dünyasına bağlanır; qısqanclıq təkliyi gücləndirir və bununla da asılılığı daha da gücləndirir. Simona de Bavuar
B
redaktə- Bərabərsizlik yox, asılılıq ağırdır. Volter
- Bir insan narkotik və ya spirtli içki tələsinə düşərsə, günahkar təkcə o deyil. Bu problemlərin səbəbi imkanların olmaması, təhsilin olmaması və digər şeylərdir. Hamısı ehtiyacların ödənilməməsi ilə başlayır. İnsanlar problemlərdən yaxa qurtarmaq üçün asılılığa qapılırlar. Buna görə də iş mənim üçün, çətin vəziyyətdə olan insanlar üçün hər zaman ən vacib olacaq. Kimsə taleyindən məsul olsa belə, bu heç vaxt yüz faiz deyil. Lionel Messi
- Bütün indiki və gələcək bədbəxtliklər və kosmik kataklizmlər böyük dərəcədə qadının tabeliyindən və alçaldılmasından irəli gəlir. Mənəviyyatın dəhşətli tənəzzülü, bəzi xalqların xəstəlikləri və degenerasiyası da qadının kölə asılılığının nəticəsidir. Qadın ən böyük insan imtiyazından - yaradıcı düşüncədə və qurucu işdə tam iştirakdan məhrumdur. O, təkcə bərabər hüquqlardan deyil, bir çox ölkələrdə kişilərlə bərabər təhsildən də məhrumdur. O, Kosmik Qanun və Hüquqla onun tamhüquqlu üzvü olduğu ictimai və dövlət həyatının qurulmasında öz bacarıqlarını ifadə etməyə icazə verilmir. Amma qul qadın dünyaya ancaq qul verə bilər. “Böyük ana, böyük oğul” atalar sözünün kosmik, elmi əsası var. Oğullar daha çox analarının, qızların isə atalarının ardınca getdiyi kimi, kosmik ədalət böyükdür! Qadını alçaltmaqla, kişi özünü alçaldır! Bu, bu gün insan dühasının azlığını izah edir. Helena İvanovna Roeriç
İ
redaktə- İnsanları özündən asılı olmağa məcbur et. Belə asılılıqdan, adi minnətdarlıqdan çox olan nə isə almaq olar. Susuzluq yanğısını söndürən adam, su quyusuna arxasını çevirir dərhal. Asılılıq yox olanda, onunla birlikdə nəzakət və qanacaq-mərifət, ardınca hörmət də yox olur, Sənə öyrətməli olan birinci təcrübə belədir: ümidin yaşamasına imkan ver, onun həyata keçməsinə yox və buna görə, hətta taxt-tac sahibi olan himayədarlarının da sənə ehtiyacı olduğunu duymağa məcbur etməklə nail ol. Baltazar Qrasian
K
redaktə- Könüllü asılılıq münasibətlərin ən yaxşısıdır. O, sevgisiz mümkün deyil. Yohann Volfqanq Göte
M
redaktə- Mən “Xristian Respublikası” ifadəsini işlətməklə səhv etmişəm. Bu iki söz bir-birinə ziddir. Xristianlıq yalnız köləlik və asılılığı təbliğ edir. Onun ruhu zülmü üstün tutur və həmişə də bundan faydalanır. Həqiqi məsihçilər kölə olmaq üçün yaradılıblar və onlar bunu bilir, amma buna qarşı etiraz etmirlər; bu qısa həyat onların gözündə heç bir şey demək deyil. Jan Jak Russo
N
redaktə- Narkotik, alkoqol, morfin və ya idealizm olmasından asılı olmayaraq, asılılığın hər növü pisdir. Karl Qustav Yunq
Ö
redaktə- Özünü tapan insan başqalarının fikirlərindən asılılığını itirir. Albert Eynşteyn
S
redaktə- Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, onlardan biri də sevgidir. Gərək heç vaxt, heç kimə çox öyrəşməyəsən. Zəfər tağı
Y
redaktə- YouTube çox asılılıq yaradır. Onu sevimli yerlərimə qoymaqdan imtina etdim, çünki ora getmək çox asandır. Stiven Edvin Kinq