Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov
..Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bil dildir. Mixail Lermontov
...Müsəlman xalqların mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün "Kəmallüddövlə"ni yazmağa başladım.[1]Mirzə Fətəli Axundov
Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar.[2]Vladimir Minorski
Türklər Avropadan qovulmalıdır. Amerikalı senator Lojanın dediyi kimi, İstanbul türklərdən tamamilə alınmalı, vəba toxumu olan, müharibələrin yaradıcısı olan türklər, qonşularına lənət olan türklər isə bu şəhərdən silinməlidir. Avropa. Türklər Asiyanın hindliləridir, taleyi də onlar kimi olacaq.