Azərbaycan atalar sözləri/M
←L | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
N→ |
Həmçinin baxın: Haqqında • |
- Mal gedər bir yana, iman gedər min yana.
- Mal itdi, iman itdi.
- Mal yiyəsinə oxşamasa haramdı.
- Malı gedənin imanı da gedər.
- Malı qırov öldürər, qışın adı bədnamdır.
- Malı mal yanında tanıyarlar.
- Malı yox - oğru apara, imanı yox - şeytan apara.
- Malım budu, yarısı sudu, alsan da budu, almasan da.
- Malın əziz tutan canın zəlil tutar.
- Maşını sürdüm daşlığa soxaram belə qardaşlığa
- Malın tapıldı, üzün qara oldu.
- Malın yeməzin malını yeyərlər.
- Malını bəylər apardı, camalına nə oldu?!
- Malını itlər yeyər, canını bitlər.
- Malını yaxşı saxla, qonşunu oğru tutma.
- Mamaça çox olanda uşaq tərs gələr.
- Matahın matah olunca, bazarın bazar olsun.
- Maya doğar, nər doğmaz.
- Mayasız fətir olar.
- Mehtərin səsi uzaqdan xoş gələr.
- Meşə çaqqalsız olmaz.
- Meşədə ağacın düzün seçərlər.
- Meşəyə gedən öz ağacın kəsər.
- Meşəyə od düşəndə quru da yanar, yaş da.
- Mazanın səsinə oxşuyur? Bu dal
- Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi.
- Meyxanaçının şahidi üzüm ayaqlayan olar.
- Meymuna dedilər oyna, dabanını qovzadı.
- Məkkə evin içidir. [1]
- Məkkədən gələn mən, xəbər verən sən. [2]
- Məkkəyə gedən dəvə hacı olmaz.
- Məkkəyə gedir, sünni olur, geri qayıdır, şiə olur. [3]
- Mərddən bir xəta, namərddən min.
- Mərd əli kasad olmaz.
- Mərd oğul zalıma baş əyməz.
- Mərdi qova-qova namərd eləmə.
- Mərdi qova-qova namərd edərlər.
- Mərd igidlər süfrə açar, ad alar.
- Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
- Mərdin gözü tox olar, namərdin gözü ac.
- Mərd gördüyün deməz.
- Mərd mərdi qanar, Bərkdə oduna yanar.
- Mərd özündən bilər,
- Mərdə güllə kürəyindən dəyməz.
- Məzlumun ahı, devirər şahı.
- Minarə başında qoz dayanmaz. [4]
- Miyançının kisəsi gen olar.
- Milçək bir şey deyil, könül bulandırır.
- Molla alacağın unutmaz.
- Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.
- Molla evindən aş çıxmaz, kor gözündən yaş.
- Molla halvanı yedi, yasini unutdu.
- Molla Qurandan kəsər, şeytan imandan.
- Molla Nəsrəddin sağ ola, eşşəklərini qurd yeyə?!
- Molla olmaq çox asan, adam olmaq çox çətin.
- Molla tuluq zurnasıdı, qarnı dolmasa, səsi çıxmaz.
- Mollanı iki yerə çağıranda bağrı çatlar.
- Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam.
- Motala dadanan köpək bir də gələr.
- Murdar əsgiyə od düşməz.
- Murdarı murdar aparar.
- Muzdur, yerində düz dur.
- Müftə sirkə baldan şirin olar.
- Müxənnətlə ehsan yeməyə də getmə.
- Müştəridə göz olsa, satan acından ölər.
Mənbə
redaktə- Atalar sözü, Bakı,2004
İstinadlar
redaktə- ↑ Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.481.
- ↑ Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, s.41
- ↑ El sözü, xalq lətifələri, atalar sözü, bayatılar, Bakı: Azərnəşr, 1965, s.51.
- ↑ Atalar sözü. Tоplayanı: Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə. Bakı - “Yazıçı” – 1985