Mal
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ana südüylə gəlməyən vərdiş, mal südüylə gəlməz. Tatar atalar sözləri
- Artıq mal - gözmü çıxarır?! Azərbaycan atalar sözləri/A
- Arvadını, mal-qaranı və düyünü öz yanında saxla. Benqal atalar sözləri
B
redaktə- Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
- Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
- Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir. Məhəmməd peyğəmbər
Ç
redaktə- Çox mal göz çıxarmaz, amma çox mal cəhənnəmə kötükdür. Çin atalar sözləri
- Çox mal haramsız, çox söz yalansız olmaz. Yunus Əmrə
E
redaktə- Elm - sahibinə dost, mal isə düşməndir. Türk atalar sözləri
- Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər.
Ey Kumeyl, elm maldan xeyirlidir; elm səni qoruyar, sən isə malı qoruyursan. Mal verməklə azalar, elm isə öyrətməklə çoxalar. Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur. Əli
H
redaktə- Hər kəs xoşbəxt olmaq istəyirsə, həmişə gərək salamat olmağa çalışsın. Çünki xoşbəxtlik mal-dövlət ilə deyil, bədənin salamatlığı ilədir. Həzm etməyən mədəyə, yara düşən ciyərə mal-dövlətdən nə fayda. Həsən bəy Zərdabi
- Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi
L
redaktə- Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. Kəlilə və Dimnə
M
redaktə- Mal adama həm dostdur, həm də düşmən. Azərbaycan atalar sözləri/M
- Mal, dövlət, şan, şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz. Nəriman Nərimanov
- Mal-dövlətə çox inanma, bir gün əldən gedər. Əhməd Yəsəvi
- Mal gedər bir yana, iman gedər min yana. Azərbaycan atalar sözləri/M
- Mal itdi, iman itdi. Azərbaycan atalar sözləri/M
- Mal yiyəsinə oxşamasa haramdı. Azərbaycan atalar sözləri/M
- Malı gedənin imanı da gedər. Azərbaycan atalar sözləri/M
- Malı qırov öldürər, qışın adı bədnamdır. Azərbaycan atalar sözləri/M
- Malı mal yanında tanıyarlar. Azərbaycan atalar sözləri/M
- Malı yox - oğru apara, imanı yox - şeytan apara. Azərbaycan atalar sözləri/M
- Malım budu, yarısı sudu, alsan da budu, almasan da. Azərbaycan atalar sözləri/M
- Malın əziz tutan canın zəlil tutar. Azərbaycan atalar sözləri/M
- Malın mal olunca, bazarın bazar olsun. Azərbaycan atalar sözləri/M
- Malın tapıldı, üzün qara oldu. Azərbaycan atalar sözləri/M
- Malın yeməzin malını yeyərlər. Azərbaycan atalar sözləri/M
- Malını bəylər apardı, camalına nə oldu?! Azərbaycan atalar sözləri/M
- Malını itlər yeyər, canını bitlər. Azərbaycan atalar sözləri/M
- Malını yaxşı saxla, qonşunu oğru tutma. Azərbaycan atalar sözləri/M
O
redaktə- Ona görə arvadı dosta oxşatmışlar ki, əri nə versə, razı qalar, vermədiyini üzürlü sayar, malını ondan əsirgəməz; ərinin danlağına dözər, eyiblərini gizlədər, onu tərifləyər, çörəyini itirməz, ərinin xoşuna gəlməyən işləri görməz. Nəsirəddin Tusi
- Od çox olan yerdə mal-qara, ölü çox olan yerdə molla kökələr. Tatar atalar sözləri
- Oğul dəxi neyləsin, baba ölüb mal qalmasa Dədə Qorqud
- Oğurluq malın bərəkəti olmaz. Tatar atalar sözləri
V
redaktə- Varlıya mal əzizdir, kasıba - uşaq. Qaraqalpaq atalar sözləri
Y
redaktə- Yaxşı mal özü özünü təriflər. Rus atalar sözləri
Mənbə
redaktə- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
- Atalar sözü, Bakı,2004