Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar. Fyodor Dostoyevski
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılar. Ancaq biz bağlanan qapıya o qədər uzun baxarıq ki, bizim üçün açılmış olan yeni qapını görmərik. Helen Keller
Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq. Jül Renar
Borc bacadan girər, sonra o qədər böyüyər ki, heç qapıdan da çıxa bilməz. Gürcü atalar sözləri
Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər. Pifaqor
Heç bir ölüm əslində ölüm deyil, çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur. Oşo (Çandra Mohan Racniş)
Heç vaxt çıxdığın qapını bərk vurma, geri dönmək istəyə bilərsən. Don Herold
Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır. Həsən bəy Zərdabi
Hər zaman dar qapıdan daxil olun. Geniş yol və qapılar insanları şirnikləndirir və onları ucuruma aparır. Həzrəti İsa
Həyatda olduğunuz müddətcə, ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. Əbdülqədir Geylani
Həyatının bir mərhələsinin nə vaxt sona çatdığını bilmək həmişə əhəmiyyətlidir. Dairələr qapanır, qapılar bağlanır, kitabların fəsilləri başa çatır. Adını nə qoyuruqsa qoyaq, fərqi yoxdur, vacib olan həyatımızda baş verənləri keçmişdə qoymaqdır. Paulo Koelyo
Hünər ardınca qoş, xalqa hünər saç, Qapılar bağlama, ər ol, qapı aç. Nizami Gəncəvi
Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük. - Qabriel Qarsiya Markes
Tamah bir qapıdan girəndə, xoşbəxtlik o biri qapıdan çıxır. Tai atalar sözləri
Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. Əbu Turxan
Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng
Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər. Çarlz Marden
Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu. Mövlana Cəlaləddin Rumi