A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Anton Çexov
  • Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur. Mövlana Cəlaləddin Rumi
  • Çalış bədbin olma. Əgər bədbin olsan, ömür boyu sıxıntılardan qurtula bilməz. Sokrat
  • Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam. Artur Şopenhauer
  • Düşmənə ölüm diləyincə, özünə ömür dilə. Türkmən atalar sözləri
  • Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.[1] İmam Kazım
  • Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
  • Hamı uzun ömür istəyir, amma heç kim qocalmaq istəmir. Leopold Şefer
  • Hansı ömrü uzun ömür hesab edək? Ümumiyyətlə, insan həyatında uzun nə ola bilər? Biz yalnız insanlara verilən və onların hesab etdikləri ilə müqayisə edərək bütün uzun və qısa şeyləri adlandırırıq. Aristotelin sözlərinə görə, Avropa tərəfdən Ponta axan Qipanis çayında birgünlüq kəpənəklər yaşayır: onlardan səkkiz saat yaşayanı qoca yaşında ölür, qüruba qədər yaşayanı isə ən qoca yaşda ölür və bu hadisə xüsusilə günəşin pik nöqtəsində daha nəzərə çarpır. İnsan uzunömürlülüyünü əbədiliklə müqayisə etsək görərik ki, biz birgünlük həşəratlar kimi məxluqlarıq. Mark Tulli Siseron
  • Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur. Lukian
  • Xoşbəxtlik üçün çoxlu xeyirxahlar və böyük ömür lazımdır. Aristotel
  • İlk təəssürat çox əhəmiyyətlidir.. İlk iki dəqiqə böyük bir ürəyi olduğunu fikirləşərsən; Sonra bir ömür o ürəkdə, ilk iki dəqiqəni axtararsan. İlhan Bərk
  • İnsan qocalsa da, qəlbi iki sevgiyə həmişə gəncdir: ömür uzunluğuna və mal-mülk sevgisinə. Məhəmməd
  • İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır. Cek London
  • İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu. Nəcib Fazil Qısakürək
  • İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər. Jan Jak Russo
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • Kimiləri Gül dedi, ömür boyu güldülər. Kimiləri də Gül dedi, Gül uğrunda öldülər. İskəndər Pala
  • Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq. Can Yücəl
  • Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür. Yanin İpaxorskaya
  • Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bes etdi. Özdəmir Asaf
  • Ömür çox ölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır. Əbu Turxan
  • Ömür dediyin üç gündür, dünən keçdi getdi sabah bilinməzdir. Onda ömür bir gündür o da bu gündür. Can Yücəl
  • Ömür genetik proqramın mühitdə açılışıdır. Tur Xander
  • Ömür qısadır - məhəbbət üçün yalnız bir neçə gün ayrılmışdır. Rabindranat Taqor
  • Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın. Əbdürrəhman Cami
  • Ömür yadda qalan günlərın sayı ilə ölçülür. Xudu Məmmədov
  • Özündən xəbəri olmayanların ömür məhsulu təəssüf olar, özündən agah olan şəxs isə hər şeydən agah olar. Saib Təbrizi
  • Özünü sevmək, ömür boyu sürəcək bir məhəbbətin başlanğıcıdır. Oskar Uayld
  • Pittak səksən il ömür sürmüş, baş daşında isə bu sözlər yazılmışdır: "Ana öz oğlu üstə ağladığı kimi Lesbas da sənin üstə ağladı". Pittak
  • Tarakan başı qopsa belə 8 gün yaşayarmış. O da bir şeymi? Bəzi insanlar, bir ömür boyu beyinsiz yaşaya bilərkən. Yılmaz Ərdoğan
  • Torpaqdan gəldi insan, yenə torpağa dönəcək, iki dilim çörək üçün ömür boyu döyüşəcək. Barış Manço
  • Uzun bir ömür yaşayıbdır və çox şey bilir, qadındır deyə, az ehtimal olunan şeyləri hiss eləyirdi. Uilyam Qoldinq
  • Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər. Çarlz Bukovski
  • Yalnız qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda. Çarlz Bukovski

İstinadlar

redaktə
  1. Əlamud-Din, səh.305