Bəsirət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Atam Məhəmməd insanların hidayəti üçün qalxmış, onları azğınlıqdan xilas etmiş, onları korluqdan çıxarmış və onlara bəsirət vermişdir; Onları möhkəm bir dinə hidayət etdi və doğru yolu göstərdi. Fatimə
B
redaktə- Bəsirət bərpa üçün ilk yoldur. Alman atalar sözləri
- Bir göz bəsirətdir, başqa göz yaxşı insanların cəmiyyətidir. Bu gözlərdən məhrum olanlar gec-tez illüziya quyusunun dibinə düşəcəklər. Çanakya
D
redaktə- Daha çox ət daha çox qurd deməkdir. Daha çox mal, daha çox qayğı. Daha çox kəniz, daha çox zina. Daha çox qulluqçu, daha çox xəyanət. Daha çox qadın, daha çox sehr. Daha çox qanun, daha çox həyat. Daha çox təlim, daha çox hikmət. Daha çox məsləhət, daha çox bəsirət. Daha çox xeyirxahlıq, daha çox sülh və yaxşı şöhrət qazanan əbədi həyata sahibdir. Talmud
- Dövlət adamını müstəsna bəsirət yox, xarakter yaradır. Volter
- Dünya elə bir yurddur ki, xaraba qalması, yox olması, əhlinin isə onu atıb getməsi, köçüb itməsi labüddür. Çox şirindir, təravətlidir, amma istəyəndən tez qaçıb gedər. Bəsirət gözüylə ona baxan varlığından şübhəyə düşər. Ən gözəl, ən xeyirli bir azuqəylə köçüb gedin oradan. Kifayət edəcək şeydən artığını istəməyin, sizi aparacaq şeydən artığını diləməyin ondan. Əli
- Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar. — İmam Həsən
Ə
redaktə- Əql ruhun dili, bəsirətin tərcümanıdır. Sührəvərdi
M
redaktə- Millət özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: səltənət və hökümət büsatından əl çək! Mirzə Fətəli Axundov
R
redaktə- Rifah, bəsirəti olmayan uğurlu bir insandan da yan keçər. Çanakya
T
redaktə- Toxun, acdan xəbəri onda olar ki, bunu bil,
Taxıla, gərçi bəsirət gözü eynək yerinə. Baba Pünhan