Bağban
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B Redaktə
- Bağ vaxtı bağbanın qulağı ağır eşidər. Azərbaycan atalar sözləri/B
- Bağban bağban olsa, neyləyir bağ divarı?! Azərbaycan atalar sözləri/B
- Bağban tələsər, armud vaxtında yetişər. Azərbaycan atalar sözləri/B
- Bağbanın könlü olsa, nə gəlib bağda paya?! Azərbaycan atalar sözləri/B
- Bağı bağban yeyər, qoyunu çoban. Azərbaycan atalar sözləri/B
- Bağı ver bağbana, yarısın yesə də. Azərbaycan atalar sözləri/B
- Bağlı bağını qıydı, bağban salxım qıymadı. Azərbaycan atalar sözləri/B
G Redaktə
- Gedən bağdan gedər, bağbandan nə gedər. Azərbaycan atalar sözləri/G
H Redaktə
- Hər bağçanın öz bağbanı var. Azərbaycan atalar sözləri/H
K Redaktə
- Kamil bağban çəkər bağın səfasın. Azərbaycan atalar sözləri/K
M Redaktə
- Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi. Məhəmməd peyğəmbər
Mənbə Redaktə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014