Bacarıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər. Adıgey atalar sözləri
- Bacarıq ağılın nişanəsidir. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Bacarıq və elm, öz ilə qabığı bir-birindən ayırar. Əbdülqədir Geylani
- Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır. Baltazar Qrasian
- Bir adamın bir çox bacarıq, fənd, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax! Mövlana Cəlaləddin Rumi
Ə
redaktə- Əgər bu işi bacaracağınızı fikirləşirsinizsə, demək bacaracaqsınız, amma əgər bacarmayacağınızı düşünürsünüzsə, demək doğrudan da bacarmayacaqsınız. Merri Key Eş
Q
redaktə- Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq. Can Yücəl
Y
redaktə- Yaxşı ölmək özü də bacarıq tələb edir. Xosrov Ruzbeh