Biganə adam düşməndən qorxuludur. Volter
Biganəlik - eqoistin gizləndiyi qındır. Aristotel
Biganəlik ruhun xərçəngidir. Frans Kafka
Bir şey xətrinizə toxunursa, deməli, hər şeyə biganə deyilsiniz. Ernest Heminquey
Ciddi olmaq gözəldir - lakin biganə olmaq lazım deyil. Volter
Dilənçiliyin kiçik bacısı var, həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir, bu-biganəlikdir. Jül Renar
Sevirəm deyən kimsəyə, sevmə demək cinayətdi, Sevən kəsə biganəlik − xəyanətdi, xəyanətdi. Sərraf Şiruyə
Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır. Əbu Turxan
Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəliksə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin! Mişel Uelbek