A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Ailənizlə vaxt keçirin və işi həvalə etməyi öyrənin: Bir biznesmen olaraq etməli olduğunuz ilk işlərdən biri də işi həvalə etmək sənətini öyrənməkdir. Daha böyük strategiyalar haqqında düşünmək və ailənizlə vaxt keçirmək üçün özünüzə zaman ayırın, şirkətlərin gündəlik əməliyyatlarını isə bu işi sizdən də yaxşı bacaran insanlara həvalə edin. Riçard Brenson

B Redaktə

  • Bir balığa quruda gəzməyin nə olduğunu öyrədə bilərsinizmi? Quruda bir günlük gəzinti onun haqqında min il danışmaqdan daha gözəldir. Biznes də belədir. Uorren Baffett
  • Bizi bunlar yox edə bilər: ölkəsiz siyasət; vicdanı üstələyən əyləncə; əziyyətsiz var-dövlət; intellektual, ancaq xaraktersiz “insan”lar; əxlaqi cəhətdən kasıb biznes; insan sevgisini alt plana itələmiş bilik; fədakarlığı zəif din anlayışı. Mahatma Qandi
  • Biznes aləmində iki növ mənfəət anlayışı mövcuddur: nağd və təcrübə, ilk növbədə təcrübə toplayın, nağd isə sonra özü gələcək. Harold Qenin
  • Biznes qəddar oyundur. Burada zəif məhv olur. Artur Konan Doyl
  • Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş biznesdən daha yaxşıdır. Devid Rokfeller
  • Biznesdə uğur qazanmağın açarı – innovasiya etməkdir, onlar isə öz növbəsində kreativlik sayəsində yaranır. Ceyms Qudnayt
  • Biznesin birinci qaydası - başqası səninlə necə hərəkət etmək istədiyi kimi, sən də onunla eyni cür hərəkəti et. Çarlz Dikkens
  • Bu, bizi nə qədər əsəbiləşdirsə də, məncə, cəmiyyətimizdə hökumətin müdaxilə etməli və insanlara ən çətin problemləri ilə bağlı kömək etməli olduğu vaxtlar olduğunu başa düşməliyik. Bizim, sistemin özünə zərər vermədən azad bazar sisteminin risklərini azaltmağa kömək etmək üçün proqramlara ehtiyacımız var. Düşünürəm ki, onlar sizin sağ qalmağınız üçün lazımdır. Şübhəsiz ki, küçədəki adamların inandığı və israr etdikləri hüquqlar və təminatlar bizim biznesləri tam ifadə azadlığı ilə idarə etməyimizə müəyyən dərəcədə mane ola bilər. Eyni zamanda bu hüquqlara məhəl qoymayan və ya inkar edən iş adamları da var. Onlar öz meyarlarını belə əsaslandırırlar ki, əgər biz hökumətin müdaxiləsini qəbul etsək, bütün azad sahibkarlıq sistemi təhlükə altına düşəcək. Fikrimcə, iş adamlarının qaçmağa çalışdığı dövlət müdaxiləsinə yol vermək zərurətdir. Çünki biz, iş adamları, israr etsək ki, azad sahibkarlıq sistemi bizə insanların dəyər verdiyi şeylərə biganə qalmağa imkan verir, o zaman insanlar təbii olaraq belə bir nəticəyə gələcəklər ki, azad sahibkarlığın həddindən artıq azadlığı var.[1] Tomas C. Uoltson
  • Bu biznesin sarsılmaz qanunlarıdır: söz - sözdür, izahat - izahatdır, vəd - vəddir və yalnız icra olunma – gerçəklik deməkdir. Harold Qenin

Ç Redaktə

  • Çoxlarının zəncinin keçmişinə bu qədər az diqqət yetirməsinin əsas səbəbi bu araşdırmanın əhəmiyyətsiz olduğuna inanmaqdır. Onlar yalnız Mussolininin digər avropalıların köməyi ilə effektiv bir döyüş maşını qurduqdan sonra ondan silahsız və müdafiəsiz afrikalıları öldürmək üçün istifadə edən və yalnız öz biznesləri ilə məhdudlaşan hərəkətlərini tarix hesab edirlər. Mussolini Həbəşistanı darmadağın etməyə müvəffəq olsa, o, Sezarlar arasında “tarixə” yazılacaq və fəthi tərifləyərək yazılmış cildlər minlərlə yanlış təhsil almış zəncilərin evlərinə və kitabxanalarına yol tapacaq. Zalım güclülərin cinayətlərinin bu cür yozumu ilə həmişə zəifləri təlqin etmişdir. Karter Qodvin Vudson

E Redaktə

  • Elmə iki yanaşma vardır:yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik. indi bir çox ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Mən düşünürəm ki, Azərbaycanda romantiklər, hər halda qalmışlar. Ola bilsin ki, bu, pulun elə bir böyük əhəmiyyətə malik olmadığı sovet dövrünün mirasıdır. Bu gün dünyada romantik kimi qalmaq olmaz - biz praqtik olaraq cəngəlliklərdə yaşayırıq. Lütfi Zadə

Ə Redaktə

  • Əgər siz uğur qazanmaq istəyirsinizsə, ürəyiniz biznesdə, biznesiniz isə ürəyinizdə olmalıdır. Tomas C. Uoltson

M Redaktə

  • Mən bizneslə məşğul olduğumu düşünmürəm. Mən pullarımı digər insanların idarə etdiyi kompaniyalara qoyuram. Bu isə o deməkdir ki, mən əslində tənqidçiyəm. Sözün əsl mənasında mən bu baxımdan dünyada ən çox əməkhaqqı ödənilən tənqidçiyəm. Corc Soros
  • Müsbət fərq yarat və yaxşılıq et: Sahibkar olmaq istəyirsinizsə, ilk növbədə digər insanların həyatına müsbət dəyişiklik gətirəcək bir ideyanız olmalıdır. Biznesin əsas məqsədi da məhz budur. Riçard Brenson

S Redaktə

  • Siz necə xoşbəxt və ya məmnun olmaq istəyirsiniz? Bəs digərləri necə? Kimsə yalnızlıqdan, kimsə - insanlarla aktiv ünsiyyətdən, kimsə - özünə yaxın bir insanla ünsiyyətdən məmnunluq hissi keçirir. Bəziləri işdə və ya biznesdə mükəmməl hər şeyə sahib olduqda, yaxşı yaşamaq üçün kifayət qədər qazandıqda xoşbəxt olurlar, başqaları üçün sənət, elm, idman, yaradıcılıq ilə məşğul olmaqdan və ya sadəcə qayğısız tətildən zövq almaqdan daha böyük sevinc yoxdur. Albert Ellis

İstinadlar Redaktə

  1. Roberts, Dale L. Motivasion Sitatlar: Sizi yüksəltmək, həvəsləndirmək və gücləndirmək üçün 646 ilhamverici sitatlar . Tərcümə edən: Ana Rosa Qomez Obregon. Publisher Babelcube Inc., 2018. ISBN 9781547509898.