Artur Konan Doyl
Ser Artur Konan Doyl (ing. Sir Arthur Ignatius Conan Doyle; 22 may 1859 – 7 iyul 1930) — İrlandiya mənşəli ingilis yazıçı, Şerlok Holms və professor Çellencer kimi obrazların yaradıcısı. Çoxsaylı macəra, tarixi, publisistik, fantastik və yumoristik əsərlərin müəllifi.
Artur Konan Doyl | ||||
Doğum tarixi | 22 may 1859 | |||
Doğum yeri | Edinburq | |||
Vəfat tarixi | 7 iyul 1930 | |||
Vəfat yeri | Windlesham Manor | |||
Dəfn yeri | Church of All Saints cemetery, Windlesham Manor | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adi insanlarla münasibətdə ən vacib şey onlardan bir şey öyrənmək istədiyinizi bildirməməkdir. Əgər onlar bunu başa düşsələr, o zaman lal olacaqlar və siz heç nə öyrənə bilməyəcəksiniz. Yox, əgər onları dağınıq bir görünüşlə dinləsəniz və elə-belə soruşsanız, o zaman onlardan istədiyiniz şeyi öyrənəcəksiniz.
- Ah, dünyada nə qədər pis işlər var. Ağıllı insanın pis işlər görməsi isə daha pisdir!
- Axmaq həmişə axmağı özünə heyran edər.[1]
- Ailədə hökm sürən ruh itlərə də sirayət edir. Belə ki, qəzəbli insanın qəzəbli, təhlükəli insanın isə təhlükəli iti olur. Hətta itlərin əhval-ruhiyyələrinin dəyişməsi insanların əhval-ruhiyyələrinin dəyişməsini təsir edir.
B
redaktə- Baş bəzək üçün yox, düşünmək üçün lazımdır.
- Bayağılıqdan daha qeyri-təbii bir şey yoxdur.
- Bədbəxtlik, zorakılıq və dəhşət dairəsinin mənası nədir? Bunu bir mənası olmalıdır axı. Əks təqdirdə, dünyamızın təsadüfən idarə olunduğu ortaya çıxır və bu ağlasığmazdır. Nədir bunu mənası? İnsan ağlının hələ də cavab verə bilmədiyi əbədi sual budur. ("Karton qutu").
- Bəşər övladının ən təhlükəli nümayəndəsi evi və dostu olmayan tək qadındır. Cəmiyyətin bu zərərsiz varlığı bir çox cinayətlərin dəyişməz səbəbidir.
- Bəşəriyyəti tanımaq üçün, insanı öyrənmək lazımdır.
- Bəzən ciddi nəticələrin əsasını həqiqi xırdalıqlar təşkil edir.
- Bəzən həkimlər sağalmaz xəstəni ara həkiminin yanına göndərirlər və bunu belə əsaslandırırlar: biz özümüz artıq bir şey edə bilmirik, xəstə üçün isə bu pis olmaz. (" Rəngsazlıq malları alverçisi istirahətdə").
- Bəzi insanların o qədər də yüksək qabiliyyətləri olmur, ancaq onlar bu xüsusiyyəti başqalarında çox ustalıqla alovlandıra bilirlər.
- Bir insanın icad etdiyi şeyi başqaları da başa düşər ("Rəqs edən insanlar").
- Biz sevgi üçün yaranmışıq. Nə qədər ki, biz yalnızıq, həyatın mənası olmur, məna başqa birisi olanda yaranır.
- Biz sevgidə azad deyilik, amma hərəkətlərimizi idarə etmək öz səlahiyyətimizdədir.
- Biznes qəddar oyundur. Burada zəif məhv olur.
- Böyük həyat təcrübəsi və sirlilik həmişə qadında maraq və nəhayət sevgi oyadır ("Dəhşət vadisi").
- Bu dünyada nə qədər iş görməyin əsas deyil, əsas odr ki, insanları çox iş gördüyünə inandırasan.
- Bu qaydanı özünüz üçün sırğa edin: heç vaxt geriyə yox, yalnız böyük qəhrəmanlığın sizi gözlədiyi irəliyə baxın.
- Bu qəddar dünyada ən pis hal, pisliyin ağıllı insan tərəfindən törədilməsidir ("Ala-bəzək lent").
- Bütün həyatım — gündəlik həyatın kədərli monotoniyasından qaçmaq üçün ediən səydən ibarətdir.
C
redaktə- Centlmen üçün tapança, polad maşadan düyün vurmaq üçün gözəl arqumentdir.
- Cinayət adi haldır. Məntiq nadir haldır. Ona görə də siz cinayətə yox, məntiqə daha çox diqqət yetirməlisiniz.
- Cinayət nə qədər sadə olsa, həqiqəti müəyyən etmək bir o qədər çətin olar.
- Cinayət törədən həkim digər cinayətkarlardan daha təhlükəlidir. Çünki, o, güclü əsəblərə və böyük biliyə malikdir.
- Cinayətkar kimin əlindən öldüyünü və cəzanın nəyə görə olduğunu başa düşmədiyi təqdirdə intiqam şirin deyil. Planıma görə, mənə pislik edən şəxs köhnə günahının əvəzini ödədiyini bilməli idi.
D
redaktə- Dahilik sonsuz dözümlülükdür.
- Detal nə qədər yöndəmsiz və kobud görünərsə, bir o qədər diqqəti cəlb edər. İlk baxışdan işi çətinləşdirən hallar, əksər halda onun həllinə gətirib çıxarır.
- — Dəmiri isti-isti döymək lazımdır ("Karton qutu").
- Dodaqlar kağız kimi quruyanda danışmaq çətin olur.
- Dumanlı başdansa, fantaziya edən baş daha yaxşıdır.
E
redaktə- Edilə biəcək səhvlərin heç birini buraxmazsınız.
- Elə olurdu ki, o, kimdənsə şirin-şirin, həvəslə danışar və sonra diqqətlə baxıb deyərdi: "Bir aydan sonra o öldü" ("Nüfuzlu müştəri").
- Emosiyalar saf düşüncənin düşmənidir.
Ə
redaktə- Əgər düşmən kimin əlindən və nəyə görə cəzalandırılaraq öldürüldüyünü anlamırsa, bu intiqam sayılmaz.
- Əgər düşməniniz kimin onu öldürdüyünü bilmirsə, bu qisas məmnunluq gətirməz. ("Hebekuk Jeffsonun xəbəri").
- Əgər gələcəyim qaranlıqdırsa, onu təxəyyülün boş oyunu ilə işıqlandırmaq yox, barəsində kişiyə xas olan bir soyuqqanlılıqla düşünmək lazımdır.
- Əgər qadın kişini sevirsə, kişi qadına "ensiklopediya lüğəti"ni lap axırdan oxuyacaq. Qadın isə onun ayaqlarının yanında oturub saatlarla ona qulaq asacaq və oxumasını təkrar-təkrar xahiş edəcək ("Mübahisə").
- Əgər ilk baxışdan fakt fikir ayrılıqlarının bütün ardıcıllığına ziddirsə, bu o deməkdir ki, onun hansısa başqa bir izahı var.
- Əgər min cinayətin təslifatını beş barmağınız kimi bilirsinizsə, min birinci işi aça bilməmək qəribə olardı.
- Əgər sehrbaz öz sehrlərinin birini izah edərsə, tamaşaçıların gözündə onun şöhrəti dərhal azalar.
- Əgər təhlükəni qabaqcadan görmək mümkünsə, ondan qorxmaq lazım deyil.
- Əlinə keçən kitabı oxuyan insan çox nadir halda dərin biliyi ilə öyünə bilər.
- Ən cəsarətli fantaziya adi həyatda rast gəlinən qeyri-adi və əcaib halları təsəvvür etmək iqtidarında deyil.
- Əziz dostum, həyat, insanın xəyal edə biləcəyindən də qəribədir.
F
redaktə- Fikrin inkişaf etdiyi iki yol kəsişdikdə, kəsişmə nöqtəsi həqiqətə maksimum yaxınlaşdırır.
G
redaktə- Görürsünüz, onun xüsusi bir ampulası var və bu ampluanı o özü yaradıb. Qalanları müəyyən bir sahənin mütəxəssisləridir, onun ixtisası isə hər şeyi bilməkdir.
H
redaktə- Hadisələrin elə bir kombinasiyası yoxdur ki, insan ağlı ona izah tapa bilməsin ("Dəhşət vadisi").
- Heç bir şey aydın olan faktlar qədər aldadıcı deyil.
- Heç bir zəncir zəif bəndindən daha möhkəm deyil ("Dəhşət vadisi").
- Heç kim, əgər buna ciddi səbəblər yoxdursa, öz yaddaşını xırda təslifatlarla yükləməz.
- Həblərin birini sən seç və ud. Birində ölüm var, digərində həyat. Yerdə qalanını mən udacağam. Görək, yer üzündə ədalət varmı, yoxsa təsadüflər bizi idarə edir.
- Həll yollarını duyğularının köməyi ilə axtaran hər kəsi çaşdıran məsələləri nəticələrin köməyi ilə həll etmək mümkündür ("Beş portağal tumu").
- Hər şeydə məntiq axtarmaq lazımdır. Onun çatışmadığı yerdə fırıldağın olmasından şübhələnməliyik ("Tor körpüsünün sirri").
- Həyat, insan ağlının yarada biləcəyi hər şeydən daha təəccüblüdür.
- Həyatda cürbəcür və qəribə adamlar mövcuddur. Həyat onlarsız çox darıxıdırcı olardı.
- — Holms, ola bilməz, siz zarafat edirsiniz!
— Mənim yumor hissim olmasa da, daha yaxşı zarafat fikirləşə bilərdim (" Mazarini daşı").
X
redaktə- Xəyal dəfələrlə həqiqətin anası olub! ("Dəhşət vadisi").
- Xəyal olmayan yerdə qorxu da yoxdur.
İ
redaktə- İdeal mütəfəkkir nadir faktı hərtərəfli araşdırıb hadisələrin ardıcıllığını, eləcə də bundan irəli gələn nəticələri izləyə bilər.
- İncəsənət naminə incəsənəti sevən insan ən böyük həzzi çox vaxt daha az əhəmiyyətli və parlaq təzahürlərindən alır.
- İndi həll olunmamış yalnız bir problemimiz var — bu qaranlıq payız axşamlarında vaxtı necə öldürəcəyik ("Adlı-sanlı subay").
- İnsan faktlardan nəzəriyyə irəli sürmək əvəzinə, faktları öz nəzəriyyəsinə uyğunlaşdırır.
- İnsan irili-xırdalı bütün işləri təsadüflərlə, yaxud bizə təsadüf kimi görünən şeylərlə idarə olunur ("Mixey Klarkın macəraları").
- İnsan lazım olan şeyləri beynində, lazım olmayan bilikləri isə kitabxanasının gizli otağında yerləşdirməlidir.
- İnsan ruhuna hakimlik hərisliyi fiziki malik olmaq cəhdindən heç də az güclü olmur. ("Tor körpüsünün sirri").
- İnsanın əsl böyüklüyü öz miskinliyini anlamaqdan ibarətdir. Bu o deməkdir ki, müqayisə etmək və qiymətləndirmək bacarığı daxili alicənablığın sübutudur.
- İstedadsızlıq özündən yüksək heç nə tanımır, istedad isə dahiliyi ani olaraq tanıyır.
- İşin təfsilatını bilmədən fikir yürütmək böyük səhvdir.
K
redaktə- Kainatı idarə edən qüvvələrlə müqayisədə biz ambisiyalarımız və istəklərimizlə necə də miskin görünürük!
- Kədərə qarşı ən yaxşı dərman işdir.
- Kişi ilə qadının dostluğu kişiyə şərəf gətirmir, qadını isə bu şərəfdən məhrum edir.
- Kişi qadınla nə qədər pis davransa da, o heç vaxt sevgisinin itirildiyinə inanmaz. ("Mezqreyvov evinin adəti").
- Küsüşmələr sevginin zəruri mənsubiyyətidir. O, sevgini saflaşdırır, ona iyulda ruhu atmosferi təzələyən göy gurultusu kimi yeni güc verir ("Mübahisə").
Q
redaktə- Qadın gözləri sözlərdən daha yaxşı danışır.
- Qadın, biz kişilər üçün tam bir sirr olaraq qalır. Baxmayaraq ki, o, keçmişi unuda bilər, yaxud keçmişə, hətta ən ağır cinayətə belə dəlilsiz-sübutsuz inanar, amma boş şeylərdən ötrü özünə əzab verər ("Nüfuzlu müştəri").
- Qadınlar təbiətcə sirli qalmağa meyilli olur və özlərini sirlərlə əhatə etməyi sevirlər.
- Qadınları başa düşmək çox çətindir. Bir qadının ən adi davranışının arxasında çox şey gizlənə bilər, bəzən isə onun özünü itirməsi adi baş sancağından və ya saçı burmaq üçün istifadə edilən mildən asılı olur ("İkinci ləkə").
- Qəhrəman hər yerdə olmaq olar.
- Qələbə coşqunluğunda müharibənin dəhşətlərini hiss etmirsən. Məğlubiyyəti isə yalnız ruhu donduran titrətmədə dərk edirsən.
- Qətlə yetirilən şəxsin pozğunluğu qanun qarşısında qatilə bəraət qazandıra bilməz.
- Qısqanclıq bəzən insanın xarakterini tamamilə dəyişdirir.
M
redaktə- Mən bir beyinəm, Vatson. Geri qalan sadəcə bir əlavə.
- — Mən dəfələrlə əmin olmuşam ki, onun dəliliyində bir üsul var.
— Əksinə, onun üsulunda dəlilik var ("Reyqet meydanı").
- — Mən düşünməyə meyilliyəm…
— Təqdirəlayiq niyyətdir ("Dəhşət vadisi").
- Mən heç vaxt istisnalar etmirəm. İstisnalar qaydanı təkzib edir.
- Mən həmişə belə bir fikirdə olmuşam ki, xırda şeylər hər şeydən əhəmiyyətli olur.
- Mən həmişə qəlbimin dərinliklərində başqalarının uğur qazana bilmədiyi yerdə uğur qazana biləcəyimə əminəm ("Mezqreyvov evinin adəti").
- Mən oyun naminə oynayıram.
- Mən özümü başqalarından daha axmaq hesab etmirəm. Amma Holmsla müqayisədə özümün kütbeyin olduğum etiraf edirəm.
- Mən "uğur" deyirəm. Amma onu axtarmasaydım, ona rast gələ bilməzdim ("Yasəmən keşiyində").
- Mənim adım Şerlok Holmsdur. Mənim peşəm- başqalarının bilmədiklərini bilməkdir ("Mavi çivan").
- Mənim beynim avaraçılığa qarşı üsyan edir.
- Mənim beynim həddindən artıq qızdırılmış motor kimidir: işə qoşulmayanda dağılır ("Yasəmən keşiyində").
- Mənim çox qəribə bir orqanizmim var. Mən xatırlamıram ki, iş məni əldən salsın. Amma avaraçılıq məni çox yorur.
- Mənim köhnə araşdırma prinsipim ondan ibarətdir ki, mümkün olmayan fərziyyələri istisna edirəm, yerdə qalan fərziyyələr həqiqətə uyğun görünməsə də, həqiqət olur ("Berillium diadema").
- Mənim üçün anlamaq, izah etməkdən daha asandı. Təsəvvür edin, siz iki dəfə ikinin dörd olduğunu sübut etməlisiniz, çətindir, elə deyilmi, hərçənd cavabın düzgünlüyünə tam əminsiniz.
- Məntiqi düşünən hər kəs hər şeyi olduğu kimi görməlidir. Özünü qiymətləndirməmək isə öz imkanlarını şişirtmək kimi həqiqətdən də uzaq olmaq deməkdir("Tərcüməçi ilə hadisə").
- Məsələnin həqiqəti ondan ibarətdir ki, sadə izah ağıla həmişə ən sonda gəlir.
- Mümkün olmayan hər şey bir kənara qoyun. Nə qədər inanılmaz olsa da, yerdə qalan şeylər cavab olacaqdır.
N
redaktə- Nə qədər etdiyiniz vacib deyil, ən başlıcası, insanları çox işlər gördüyünüzə inandırmağı bacarmaqdır.
O
redaktə- Onu tanıdığım ilk gündən o, mənim üçün yeganə qadın idi. O səyahətin hər günü mən onu daha çox sevirdim və o vaxtdan bəri gecə gözətçiliyinin qaranlığında diz çökdüm və gəminin göyərtəsini öpdüm, çünki onun əziz ayaqlarının onu tapdaladığını bilirdim. O, heç vaxt mənimlə nişanlı olmayıb. Bir qadının kişi ilə rəftarı olduğu kimi, o da mənə ədalətli davrandı. Heç bir şikayətim yoxdur. Bütün bunlar mənim tərəfimdə olan sevgi və onun tərəfində olan bütün yaxşı yoldaşlıq və dostluq idi. Biz ayrılanda o, azad qadın idi, amma mən bir daha heç vaxt azad kişi ola bilməzdim.
- Onun dəmir kimi möhkəm xarakteri, cazibədar qadın çöhrəsi, qəddar kişi ruhu var.
Ö
redaktə- Öz sirrimi aça bilərəm, amma başqalarını çətinə sala bilmərəm.
P
redaktə- Pələngin balasını pələngdən, qadının səhvini isə qadından almaq çox təhlükəlidir.
S
redaktə- Sevgi emosional bir şeydir və buna görə də saf və soyuq düşüncənin əksidir.
- Sirlərin açarını həmişə qeyri-adilikdə axtarmaq lazımdır.
- Sizə böyük istedad verilmişdir. Siz susmağı bacarırsınız. Bu qabiliyyət sayəsində əvəzolunmaz bir yoldaşsınız.
T
redaktəÜ
redaktə- Ümumi qayda belədir: vəziyyət nə qədər qəribə olarsa, ondakı sirlər bir o qədər az olar.
V
redaktə- — Vatson, elə ağaclar var ki, onlar müəyyən hündürlüyə çatana qədər normal boy atırlar. Sonra gözlənilmədən aşkar olunur ki, inkişaf mərhələsində normadan eybəcər kənara çıxmalar olub. Bu hal insanlarda da tez-tez müşahidə olunur.
Y
redaktə- Yarımçıq etiraf ört-basdır etməkdən daha pisdir.