A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ancaq dövlətçilik uğrunda öz mübarizəsində birləşmiş xalqlar istiqlaliyyət qazanacaqlar. Çünki ancaq onlar birlik və dəyanətdən doğan ideallarına və özlərinə inama malik ola bilərlər. Məhəmməd Əmin Rəsulzadə
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycanın bütün vətəndaşları — biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik. Heydər Əliyev
  • Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. İlham Əliyev
  • Millətçilik, mənim fikrimcə, o qədər təbiidir ki, o, heç vaxt, heç bir sifarişlə, "beynəlmiləlçilərin" arzuladığı bir şey olmayacaq. Amma, birincisi, məncə, hər şeyin öz vaxtı olacaq və indi o, ifrat həddən kənarda deyil. Millətçilik; ikincisi, kiçik xalqların böyüklərlə həmişəlik razılaşması praktiki olaraq zəruridir, çünki gələcəkdə yalnız böyüklər və güclülər sabit olacaq; üçüncüsü, heç bir torpağı və dövlətçiliyi olmayan qaraçılar və yəhudilər kimi dağınıq xalqları saymaq belə mümkün deyil; dördüncüsü, millətçiliyə hər şeydən çox dözümlülüyün başlanğıcını qəbul etmək, yəni şər uçurumunun açıq-aşkar olduğu hər cür təkəbbürdən imtina etmək lazımdır və buna görə də bu tip məsələlərdə səbirlə yol gözləmək ən praktikdir. Dmitri Mendeleyev
  • Milli mədəniyyətə dayanması və milli demokratik türk dövlətçiliyi təməli üzərində qurulması etibarilə Azərbaycan ilk türk dövləti və ilk müsəlman cümhuriyyətidir.Məhəmməd Əmin Rəsulzadə
  • Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük əvəz olmayan bir sənətdir. Heydər Əliyev
  • Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir. Heydər Əliyev
  • Öz dövlətçiliyini IV əsrdə itirmiş ermənilərə sovet hakimiyyəti 1921-ci ildə dövlət hədiyyə elədi.[2] Ziya Bünyadov
  • Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. Tur Xander
  • Zəngin tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır. İlham Əliyev

İstinadlar

redaktə