A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alim, şair, döyüşçü, qanunverici və s. olmaq yaxşıdır, lakin bununla yanaşı, insan olmaq da lazımdır. Vissarion Belinski
  • Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur. Qay Yuli Sezar
  • Döyüşçü olmaq istəyirsənsə, qorxudan azad ol. Avatar: Aanq haqqında əfsanə
  • Döyüşçü şirin meyvələri sevmir. Ona görə də o, qadını sevir. Ən şirin qadında isə müəyyən bir acılıq vardır. Fridrix Nitsşe
  • Düşmənlə qorxa-qorxa döyüşən döyüşçü, peyində eşələnən donuza bənzər. Çingiz xan
  • Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir - onlar həlak olsalar da, qələbəni təmin edirlər. Höte
  • Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar. Maksim Qorki
  • Əsl döyüşçü odur ki, o, rəhmlidir. Yapon atalar sözləri
  • Hökmdar ən vacib beş keyfiyyətə malik olmalıdır: o, əziyyət çəkənləri xilas etmək üçün var-dövlətindən imtina etməyə, fəzilətləri sevməyə, dostları, qohumları ilə ünsiyyətdən zövq almağa, təhsilə səy göstərməyə və bacarıqlı döyüşçü olmağa hər an hazır olmalıdır. Çanakya/Hökmdar
  • Qocalmış arvad, həzm edilmiş qida, evə gətirilmiş taxıl kimi, döyüşdən qayıdan döyüşçü də qohumlarını sevindirir. Çanakya
  • Qul olaraq yaşamaqdansa azadlıq döyüşçüsü olaraq ölmək daha yaxşıdır. Yılmaz Güney
  • Ölümü gözünün altına almış döyüşçünün gücünə qarşı müqavimət göstərmək mümkün deyil. Məğlub olanları küncə sıxışdırmaq lazım deyil. Çanakya
  • Sevgi boş adam üçün məşğuliyyət, döyüşçü üçün əyləncə, hökmdar üçün sualtı daşdır. Napoleon Bonapart
  • Sərxoş həkim, savadsız aktyor, təcrübəsiz brəhmən, qorxaq döyüşçü, pisniyyətli ağa, axmaq nökər, xaotik ölkə, öz uşaqları ilə fəxr edən, amma xəyanətkar qadın təhlükəli olduğu kimi, hökmdarın ətrafındakı pisniyyətli nazirlərdən müdrik insanlar əziyyət çəkir. Çanakya
  • Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson

İstinadlar

redaktə