Dayaq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağaca cavanlıqda qulluq elə, qocalanda sənə dayaq olacaq. Vyetnam atalar sözləri
- Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir. Onore de Balzak
- Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır. Heydər Əliyev
D
redaktə- Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi - azad əməkdir. Maksim Qorki
- Düşmənlərə qarşı ən yaxşı dayaq dost məsləhətidir. Uilyam Şekspir
E
redaktə- Elm, həqiqətin aydın dərk edilməsi, ağılın maarifi, həyatın təmiz əyləncəsi, gəncliyin tərifi, qocalığın dayağı, şəhərlərin qurucusu, bədbəxtlikdə müvəffəqiyyət qalası, xoşbəxtlikdə bəzək, hər yerdə sadiq və ayrılmaz yoldaşdır. Mixail Lomonosov
H
redaktə- Həqiqət və ədalətin dayağı qranit, yalanın dayağı qumdur. Yəhudi atalar sözləri
- Hökmdar zəiflərə, yetimlərə, gənclərə, qocalara, asketlərə, həmçinin aldanıb incidənlərə dayaq olmalıdır. Çanakya/Hökmdar
K
redaktə- Kasıbın bir dayağı var - arvad. --Fin atalar sözləri]]
Q
redaktə- Qabaqda - inamın, arxada - dayağın olsun. Tatar atalar sözləri
M
redaktə- Mən həqiqəti qarşıma məqsəd qoydum, fəziləti köməkçim etdim, insanlıqda özümə dayaq, incəsənətdə istirahət tapdım. Konfutsi
- Mən həmişə hesab edirdim ki, dostlarımın, xüsusi ilə də aşağı səviyyədə olan dostlarımın düşmənlərini təqib etmək və özünü bu dayaqdan məhrum etmək lazım deyil. Mark Tulli Siseron
- Mənə bir dayaq nöqtəsi verin ki, Dünyanı yerindən oynadım. Arximed
S
redaktə- Səbr zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. Çarlz Kaleb Kolton
T
redaktə- Taleyi dərk etmədən nəcib insan olmaq olmaz. Lazımi şeyi dərk etmədən həyatda dayaq əldə etmək mümkün deyil. Sözlərin əsl mənasını dərk etməyi öyrənmədən insanları tanımaq olmaz. Konfutsi