Dindar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Biz bir neçə səbəbdən nüvə silahı istəmirik. Bu silah insanlığa ziddir. Dini inancımıza görə də nüvə silahının əleyhinəyik. Dinimiz bunları haram buyurur və biz də dindar bir xalqıq[1] Mahmud Əhmədinejad
- Böyük və saleh kişilərin yığıncağı, ədalətli hökmdar, dindar qadın-bütün bunlar hər kəsin əsl sərvətidir. Çanakya/Hökmdar
D
redaktə- Din insanlar üçün böyük bir mənəvi gücdür. Dinsiz xalq olmaz. Mən dindar bir insanam. Amma din ilə dünya işlərini bir-birinə qarışdırmamaq gərəyinə qətiliklə inanmışam. Vəhbi Qoç
- Dindar adam öz təbii düşmənini azad düşünən insanda yox, dindar adamda axtarır. Fridrix Nitsşe
- “Dindar insan”, “axmaq”, “dahi”, ”cani”, “zülmkar”- bütün bunlar hansısa adı çəkilməyəni əvəz edən pis adlardır. Fridrix Nitsşe
- Dindarların və əxlaqsızların təbii olaraq bir-birlərini tapdıqları bir gerçəkdir. Corc Oruell
- Dindarlığım işlərimin irəliləməsinə mane olmadı, mənə böyük bir güc təmin etdi. Bəzi işlərimdə günlərlə, aylarla, hətta illərcə çalışdıqdan sonra müvəffəqiyyətli ola bilmədim. Vəhbi Qoç
Ə
redaktə- Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza! Xalid Hüseyni
H
redaktə- Hal-hazırda cənnət imarətləri cəhənnəmlə birləşdirilmiş radiatorlarla qızdırılır. Günahkarları yandıran odun eyni zamanda dindarların rahatlığını təmin etməsi günahkarların əzablarını daha da ağırlaşdırır. Mark Tven
- Hətta ateistlər də dindar istəklərdən azad deyillər. Leşek Kumor
M
redaktə- Metafiziklər və dindarlar gözləri bağlı halda döyüşməyə məcbur edilən qladiatorları xatırladır. Volter
N
redaktə- Nəcib ailədəki abırsız qızlar kimi, özündən razı hökmdarlar, narazı brahmanlar, dindar kurtiziankalar da məhkum edilmişdir. Çanakya
S
redaktə- Sevgi hissindən məhrum olan adam dindar ola bilməz. Əbu Turxan
V
redaktə- Vedaları tanıyan bir brahmananın məşhur bir alim olmasında təəccüblü nə var? Siyasi elmləri bilən bir hökmdarın sərt və ədalətli olmasında təəccüblü nə var? Gözəl bir gənc qızın dindar bir qadına çevrilməsində təəccüblü nə var? Yazıq insanın günün və ya gecənin istənilən vaxtında günah işlətməsində təəccüblü nə var? Çanakya