A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev

B redaktə

  • Bir hökumət afişalar vasitəsi ilə öz vətəndaşlarına sülh və firavanlıq gətirməyə ehtiyac duyursa, ehtiyatlı olun və həmişə bunun əksini gözləyin. İvo Andriç

Ə redaktə

  • Ən qədim deyim var: “Qadınlara hörmət edildiyi və qorunduğu yerdə firavanlıq hökm sürür və tanrılar sevinər.” Yeni Dövr .... qadının intibahını gətirəcək. Maitreya Epoxası Dünya Anasının Epoxasıdır. Hindistan qadınlarının sürətli yüksəlişini müşahidə etmək diqqətəlayiqdir. Orada nazir və digər məsul vəzifələrdə çalışan qadınları görmək olar. Hindistanın bir çox qadınları əla natiqdirlər. Hindlilər qadınları asanlıqla seçirlər, çünki onlar arvadlarının sağlam düşüncəsinə inanırlar. Amma təbii ki, qadının azad edilməsinin əleyhdarları da var. Hindistanda qadınların hökumətin başında olduğu bəzi dominionlarda bir çox yeniliklər, məbədlərin aşağı kastalar üçün açıq olduğu, universitetlərin qurulduğu, həmçinin muzeylər, laboratoriyalar, xəstəxanalar Avropa xəttinə uyğun qurulmuşdur. Helena İvanovna Roeriç

F redaktə

  • Fəlakətin kökü firavanlıqdan, firavanlıq isə fəlakətdən qaynaqlanır. Çin atalar sözləri
  • Firavan dəfndən, kasıb toy yaxşıdır. Rus atalar sözləri
  • Firavanlıq insanın pisliklərini, fəlakətlər onun fəzilətlərini ən yaxşı şəkildə üzə çıxarır. Rocer Bekon

G redaktə

H redaktə

  • Hər birimiz özümüzə sual verməliyik: stabil dünya uğrunda, mənim ölkəm və mənim şəhərimdə firavanlıq uğrunda məndən asılı olan hər şeyi etmişəmmi? Nelson Mandela

Q redaktə

  • ... qızılla zəngin ölkələr heç vaxt xoşbəxt olmamışlar. Belə ölkələr güclü və zəhmətkeş insanlar deyil, tənbəl insanlar yetişdirir.. ... firavan yaşayan, xoşbəxt olan qızıl ölkələri yox, dəmir ölkələridir. Jül Vern

P redaktə

  • Peyğəmbər və Allahın elçiləri dinlə bağlı olan bütün məsələlərdə həmfikirdirlər. Budda, İsa, Məhəmməd, Zərdüşt arasında – qismən və ya əsaslı – heç bir qarşıdurma və ziddiyyət yoxdur. Əgər biz tövhid dinə uyğun gələnləri əxz edib ruhumuzla Allaha – məhəbbət, gözəllik, rəhmdillik və firavanlıq mənbəyi olan ali başlanğıca doğru yüksəlsək, (o zaman) ədavət və məşəqqətə gətirib çıxaran ixtilaflardan uzaq olarıq. Əmin ər-Reyhani

T redaktə

  • Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…[1] Jan Şarden

Ü redaktə

  • Üç şey milləti böyük və firavan edir: münbit torpaq, aktiv sənaye, insanların və malların rahat hərəkəti. Frensis Bekon

İstinadlar redaktə

  1. [1] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə