Kommunizm getdikcə xarablaşır. Özünüz götür-qoy edin: Marks qeyri-adi dərəcədə tüklü insan idi, Lenin saqqal və bığ saxlayırdı, Stalin isə yalnız bığ. Xruşovun isə nə saqqalı, nə də bığı vardı. Salvador Dali
Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-girsin, meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar.[1]Məhəmməd Əmin Rəsulzadə
Kommunizm təhlükəsi deyilən şey, dünya üçün hər zaman təhlükə təşkil etmiş olan qaba və təcavüzçü Rus imperializminin yeni həmləsindən başqa bir şey deyildir. Bu təhlükə yalnız bolşevik istibdadı və qızıl süngüsünə dayanan Sovet hakimiyyətinin çökdüyü və oradakı millətlərin, uğrunda vuruşduqları istiqlallarına ərişdikləri gündür ki, ortadan qalxar. Məhəmməd Əmin Rəsulzadə
Kommunizmdən danışmayaq. Kommunizm sadəcə bir fikir, havadakı bir qala idi. Boris Yeltsin
Kommunizmə nifrət edirəm, çünki bu azadlığın inkarıdır və mənim üçün insanı azadlıq olmadan təsəvvür etmək mümkün deyil. Mən kommunist deyiləm, çünki kommunizm cəmiyyətin bütün gücünü dövlətdə cəmləşdirir, bu mülkiyyətin tamamilə dövlətin əlinə verilməsidir; bu qurumun ləğv edilməsini, yox edilməsini istəyirəm. İnsanları əxlaqlandırmaq və mədəni etmək bəhanəsi ilə bu günə qədər yalnız tabe edilmiş, əzilmiş, istismar edilmişdir və bu, pozulmuş dövlətin hakimiyyət prinsipinin və himayəsinin radikallığıdır. Cəmiyyətin və kollektiv və ya sosial mülkiyyətin aşağıdan yuxarıya, sərbəst birləşmə yolu ilə, yuxarıdan aşağıya, hər hansı bir səlahiyyət forması vasitəsi ilə qurulmasını istəyirəm. Mixail Bakunin