A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Gizli şəkildə, xeyirxahlıq göstərilən şəxslərdən hər hansı bir minnətdarlıq gözləmədən comərdliklə edilən köməkdə müəyyən bir lovğalıq hissi var. Jül Vern
  • Gözəlliyin düşməni lovğalıq və və xüdbinlikdir. Devid Star Cordan
  • Hər kəs ki, lovğalıq və məğrurluq yükü altındadır, o mərifətdən kəmdir. Əhvədi
  • Lovğalanmaq — zəifliyin birinci əlamətidir, amma böyük işlər bacaran insanlar dillərini dişlərinin dibində saxlayırlar. Mark Tulli Siseron
  • Lovğalıq elə qüvvətli zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir. Plutarx
  • Lovğalıq insana alçaqlıq gətirir. Miqel de Servantes
  • Lovğalıq insanı məhv edər. İndoneziya atalar sözləri
  • Lovğalıq insanın bütün yaxşı xüsusiyyətlərini məhv edir. Konfutsi
  • Lovğalıq tərəqqinin düşmənidir. Üzeyir Hacıbəyli
  • Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, özünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər.. Fransua de Laroşfuko
  • Saxta ibrət, saxta lovğalıq mənəvi ölüm deməkdir, o siyasi ölümün əsl rəhnidir. Vladimir Lenin
  • Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də. Ceyn Ostin

İstinadlar

redaktə