A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amerika millətindən olan keniyalı qardaşımız Obamanın Yerusəlim haqqındakı bəyanatları göstərir ki, o, ya beynəlxalq siyasəti rədd edir və Yaxın Şərq münaqişəsini öyrənməyib, ya da prezident seçkiləri kampaniyasında seçicilərinə yalan danışır. Müəmmər əl-Qəzzafi
  • Bəşəriyyət düz yolu tapdıqdan sonra dağılıb məhv olmaz. Yalnız münaqişə və mübahisə yolu ilə dağıla bilər. Məhəmməd
  • Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş, kimsəsiz hiss edərəm, ona görə də bu qısqanclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi? Jiddu Krishnamurti
  • Biz münaqişə və zorakılığın olmadığı, terror təhlükəsi və ya kütləvi qırğın silahları təhlükəsi olmadan harmoniya içində yaşayan Yaxın Şərqdə işləməyə davam edəcəyik. Hüsnü Mübarək
  • Bizim əməllərimiz bilik və zamana əsaslandığı üçün insan zamanın quludur. Düşüncə həmişə məhduddur, ona görə də biz münaqişə və mübarizə içində yaşayırıq. Psixoloji təkamül yoxdur… Jiddu Krishnamurti
  • Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız. Müqəddəs Oqastin
  • Əsrin ən mühüm silahlı münaqişələri adətən sərhədlərdən qaynaqlanırdı. Şəxsi ünsürün adətən üstünlük təşkil etdiyi dini müharibələr, əhd-peyman qarşıdurmaları, üsyanlar, daha böyük şöhrət uğrunda döyüşlər, sülalə intriqaları və ya ambisiyaların toqquşmaları tədricən dövlətin və ya krallığın genişlənməsi səbəbindən baş verən sərhəd müharibələri ilə əvəz olundu. Yaşayış üçün daha az yer qalmışdı, ona görə də bir ölkənin maraqları və ya ambisiyaları digərinin istəkləri ilə şiddətlə toqquşurdu. Corc Kurzon
  • İnkişafa və irəliləməyə ağrı və münaqişə yolu ilə nail olmaq olar. Abraham Maslau
  • Qəzəbin səbəbi ondur: birinci, "iddialılıq", ikinci, "iftixar", üçüncü, "dava-dalaş", dördüncü, "höcət", beşinci, "zarafat", altıncı, "təkəbbür", yeddinci, "təlxəklik", səkkizinci, "xəyanət", doqquzuncu, "qisas", onuncu, "mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik". Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
  • Münaqişə yoxdursa, dram da yoxdur. Rəqib səhnədə və ya onun arxasında ola bilər, amma dramda o, mütləq iştirak edir. Corc Bernard Şou
  • Mən dedi-qodularla beynimi yomayacağam. Münaqişələr və müqayisələrə dözə bilmərəm. Meril Strip
  • Ola bilsin ki, müasir bədbinliyimizin səbəbi tarixə iqtisadi həyatda fərdlər arasında, siyasətdə qruplar arasında, dində məzhəblər arasında, müharibədə dövlətlər arasında gərgin münaqişələr axını kimi baxmaq meylimizdir. Bu, tarixin daha dramatik tərəfidir; tarixçinin diqqətini və oxucunun marağını cəlb edir. Amma nifrətdən qaynar və qanla qaralmış o Missisipidən üz döndərib, çayın sahillərinə baxsaq, daha sakit, lakin daha ruhlandırıcı səhnələr görürük: uşaq böyüdən qadınlar, ev tikən kişilər, torpaqdan yemək götürən kəndlilər, həyatın rahatlığını yaradan sənətkarlar, bəzən müharibə əvəzinə sülh təşkil edən dövlət xadimləri, vəhşiləri vətəndaş kimi formalaşdıran müəllimlər, ahəng və ritmlə qəlblərimizi ram edən musiqiçilər, səbirlə bilik toplayan alimlər, həqiqəti axtaran filosoflar, sevginin hikmətini irəli sürən müqəddəslər. Tarix çox vaxt qanlı axının şəkli olmuşdur. Sivilizasiyanın tarixi banklarda baş verənlərin rekordudur. Vill Dürant
  • Sevginin tam əksi heç də ayrılıq yox, qısqanclıq yox, unutqanlıq yox, hərislik yox, münaqişədir. Karpo Lope de Veqa
  • Yalan, doğru üstündə məclisdə höcət etməməli, xüsusilə böyüklər və səfehlərlə; yalvar-yахar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməməli; Nəsirəddin Tusi

İstinadlar

redaktə