A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ən çətin iş gündəlik, çoxillik əməyə mərdliklə qatlaşmaqdır. Özün üçün mərdliyin idealını tap və onu dönə-dönə izlə. Vasili Suxomlinski
  • Fil keçsin üstündən tapdalayaraq,
    Xəsis adamlara əl açma ancaq.
    Mərd olmaq yaxşıdır dünyada hər an,
    Mərdlik ilə çatar arzuya insan. Xosrov və Şirin (Nizami)
  • İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi və fədakarlığı məhkum etmək olmaz. Xosrov Ruzbeh
  • Kişidə mərdlik – hakimiyyət, qadında mərdlik – itaət. Aristotel
  • Qorxaq heç vaxt əxlaqlı hesab edilə bilməz. Cəsarət, mərdlik, başqa nəcib keyfiyyətləri inkişaf etdirmək üçün hökmən zəruridir. Mahatma Qandi
  • Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani
  • Malını itirsən, az itirərsən, namusunu itirsən çox itirrərsən, mərdliyini itirsən hər şeyini itirərsən. Yohann Volfqanq Göte
  • Mərdlik qorxuya nifrət deməkdir. O, bizi qorxudan təhlükələrə etina etmir. Mərdlik mübarizəyə çağırır.[1] Seneka
  • Mərdlik olmasa, müdriklik faydasızdır. Baltazar Qrasian
  • Mərdlik taleyin zərbələrini heçə endirir. Demokrit
  • Mərdliyin üç əlaməti var: sözünün üstündə durmaq, boş yerə lovğalanmamaq və sorğu-sualsız əfv etmək. İmmanuel Kant
  • Müdriklik və mərdlik əzəmətin təməlidir. Baltazar Qrasian
  • Mərdliyin üç əlaməti var: sözünün üstündə durmaq, boş yerə lovğalanmamaq və sorğu-sualsız əfv etmək. İmmanuel Kant
  • Mərdliyini itirən hər şeyini itirər. Alman atalar sözləri

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.73