Maliyyə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Dövləti pul, maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəiflədir. Volter
Ə
redaktə- Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq. Culian Smit
- Əla bir ideya düşünmək, lakin onu gerçəkləşdirməyə cürət etməmək – maliyyə dünyası üçün bundan böyük cinayət ola bilməz! Donald Tramp
- Ən dərin uçurum – maliyyə uçurumudur; orada itkin düşmək olar. Anna Bartkulaşvili
X
redaktə- Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram. Corc Soros
M
redaktə- Mən maliyyə bazarlarını öz fəlsəfi nəzəriyyələrimi sınaqdan keçirmək üçün bir laboratoriya kimi istifadə etmişəm. Corc Soros
N
redaktə- Niyə tanış şeylər haqqında düşünmək bu qədər rahatdır? Çünki o, təhlükəsizlik illüziyası yaradır. Amma insanlar pisi düşünməyə, pisi gözləməyə, pisə hazırlaşmağa öyrəşirlər. Yaradıcı olmaq, həyatı necə yaxşılaşdırmaq barədə düşünmək əvəzinə, keçmişlərinin əbədi həbsxanasına düşürlər. İnsanların çoxu nə düşünür? Keçmiş sevgi, yerinə yetirilməmiş arzular, itirilmiş imkanlar və ya maliyyə problemləri haqqında. Digərləri xoşbəxt uşaqlıq arzulayırlar - baxmayaraq ki, bütün dürüstlüklə, kimin buludsuzluğu var idi? İnsanlar heç bir mənası olmayan şeylərə nə qədər diqqət yetirirlər? Məsələn, tərəvəz dükanında satıcı qadının və ya iş yoldaşının yan baxması haqqında. İnsan bu cür düşüncələrə öz içinə yol verirsə, adı təşviş olan zəhərin dağıdıcı təsirinə məruz qalır. İnsanlar özləri böyük gücdən imtina edirlər, onların təbiətinə xasdır. Doğuşdan hamımız möcüzə işçiləriyik, sadəcə özünüzə möcüzələr yaratmağa icazə verməlisiniz. Nə qədər ki, insan adi düşüncələrin əsiridir, xoşbəxtliyin sirrinin şüurun idarə olunmasında olduğunu heç vaxt anlaya bilməyəcək. Robin Şarma
S
redaktə- Sizi bədbəxt eləmək istəyənlərə fikir verməməyə çalışın. Elələri çox olacaq – istər rəsmi vəzifədə olun, istər öz işinizi qurun. Əgər onlardan xilas ola bilmirsinizsə, dözün. Ancaq elə ki xilas oldunuz, dərhal onların varlıqlarını unudun. Ilk növbədə çalışın ki, onlardan gördüyünüz ədalətsiz münasibət haqqında əhvalatlar danışmayasınız; dinləyiciləriniz nə qədər canıyanan olur-olsun, buna yol verməyin. Bu tip nağıllar rəqiblərinizin mövcudluğunu daha da uzadır: çox güman ki, onlar sizin danışmağa meylli olmağınıza, təcrübənizi başqaları ilə bölüşəcəyinizə ümid eləyirlər. Özü özlüyündə heç bir individuum ədalətsizliyi (hətta bəlkə ədaləti də) təcrübədən keçirməyə dəymir. Belə yanaşma, çəkdiyiniz səyləri qətiyyən doğrultmaycaq: burada yalnız əks-sədanın dəyəri var. Bu, istənilən zülmkarın əsas prinsipidir – o zülmkar istəyir dövlət tərəfindən maliyyələşsin, istəyir öz “mən”ini rəhbər tutsun. Buna görə də o əks-sədanı susdurun, səslənməsinə imkan verməyin. Hadisə nə qədər xoşagəlməz, ya da əhəmiyyətli olur-olsun, həyatınızda, baş verməsinə sərf olunan vaxtdan artıq yer tutmasına şərait yatarmayın. Düşmənlərinizin, sizi sevməyənlərin əməllərinin vaciblik dərəcəsi göstərdiyiniz reaksiyadan asılıdır. Odur ki, onlarln yanından, ya da ortasından elə keçin, sanki onlar qırmızı yox, sarı işıqdırlar. Onlar haqqında nə fikirləşin, nə də danışın; Onları unutduğunuza, ya da bağışladığınıza görə fəxr eləməyin- ən pis halda ilk işiniz unutmaq olsun. Beləcə beyin hüceyrələrinizi lazımsız həyəcandan xilas eləyəcəksiniz; hətta bəlkə o axmaqları da özlərindən xilas elədiniz, zira unudulmaq perspektivi bağışlanmaq perspektivindən daha qısadır. İosif Aleksandroviç Brodski