Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin. Mark Tven
Hər döyüş insanlığın irəliləməsini maneə törədən pislik zəncirinə bir halqa əlavə edər. *Həyatda səhv etməmiş insan, demək bu həyatdan həç bir şey öyrənməmişdir. Albert Eynşteyn
Maneələr, hədəfinizdən, gözlərinizi qaçırdıqda gördüyünüz ürküdücü şeylərdir. Henri Ford
Məhəbbətin yolundakı hər hansı bir maneə onu yalnız gücləndirə bilər. Uilyam Şekspir
Mənim çox güclü yumor hissim var və düşünürəm ki, bu səyyah üçün çox mühümdür. Saysız hesabsız təhlükələr, maneələr və narahatsızlıqlar o dəqiqə yumorun köməyi ilə öz gücünü itirirlər. Rual Amundsen
Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1]Mahatma Qandi
Öyrənmə asanlığı (diqqət) ona deyilir ki, nəfs diqqəti nəzəri üzərində səyi artırsın, o, müxtəlif xatirələr, ümumiyyətlə, özünə aid olan məsələlərlə deyil, heç bir maneəyə baxmadan yalnız tələb edilən məsələyə yönəldilmiş olsun. Nəsirəddin Tusi
Özünüzə tək maneə sizsiniz, yolunuza davam edəcək tək insan da sizsiniz. Bu mövzuda kömək alacağınız tək insan da sizsiniz. Mixail Strabo