Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik. Həsən bəy Zərdabi
İnsan cəmiyyətlərinin tərəqqi etməsi hər şeydən əvvəl dil və ədəbiyyatın tərəqqisi ilə bağlıdır. Namiq Kamal
İnsan tərəqqi üçündür, bu gün dünyaya gəlib-gedən, sonradan yeni dünyaya gələnə gərəkdir bir yol göstərsin, tainki yeni dünyaya gələnlər bunları insan görüb daha ziyadə tərəqqi edələr. Nəriman Nərimanov
Orta əsrlər olsaydı özümü tonqala atardılar. İndi isə təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə buymuş (Nasist Almaniyasında kitablarının yandırılması haqqında) [1]Ziqmund Freyd