Elmin köməyi ilə insan ağlı maddənin çox dərinliklərinə nüfuz edə bilir, onun mahiyyətini və məqsədini bilir. Elm və təcrübə, ağılın inkişafı üçün lazım olan materialları toplamağa kömək edən vasitələrdir. Mixail Lomonosov
Əfv etməyi bacaran şəxs insanlar arasında böyük nüfuz qazanır. Jül Simon
Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
Hansı formada yazırsansa yaz, lakin sənətkarlıqla, ürəklə yaz. Həyatı, onun doğurduğu psixologiyanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz. İlyas Əfəndiyev
Mən istəyirəm ki, sən maddi uğur, sosial nüfuz və "sadə insan xoşbəxtliyi" arasındakı çətin münasibətlər barədə düşünəsən. Teodor Drayzer
Mən yalnız əxlaqi nüfuza səcdə edirəm. Tomas Hobbs
Mənim beynim yalnız qəbuledici bir qurğudur. Kosmik məkanda bilik, güc, ilham aldığımız hansısa bir mərkəz var. Mən bu mərkəzin sirlərinə nüfuz etməmişəm, amma onun mövcud olduğunu bilirəm. Nikola Tesla
Sən həmişə tələsirsən, tələsməsən belə normal söhbət üçün çox yorğunsan. Və tezliklə çox saatlıq iş, ezamiyyətlər, fasilələrlə yuxu, bunların hamısı sənin daxilinə nüfuz edir, sənin bir hissən olur və bunu hamı görür, gözlərindən, qamətindən, yerişindən, danışıq tərzindən. Kazuo İşiquro