Nəm
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Arif olan buluddan da nəm çəkər. Azərbaycan atalar sözləri/A
D
redaktə- Dəmir nəmdən, insan qəmdən çürüyər. Azərbaycan atalar sözləri/D
- Dəmiri nəm çürüdər, insanı qəm çürüdər. Türk atalar sözləri
H
redaktə- Həyəcan, qəm və kin ürəyi, nəm isə dəmiri çürüdər. Seyid Əzim Şirvani
K
redaktə- Kitabların düşmənləri insanlarınkı ilə eynidir: atəş, nəm, zaman və içindəkilər. Pol Valeri
N
redaktə- Nəm torpaq da su çəkir. Fin atalar sözləri
O
redaktə- O, yaşıl seliklə örtülmüş dimdik quyu divarını gördü. Onun üzərində tər kimi nəm damcıları var idi. O isə dibdə idi. Yuxarıdan çəpinə günəş işığı düşürdü, ətraf isə qaranlıq idi. Sonra o gördü ki, yaşıl divar hansısa canlılarla qaynayır. Onlar divarın sürüşkən səthindən bir-birinin ardıyca sallanmışdılar. Qaranlıqda bitən zəif bitkilər kimi ağ-boz rəngli balaca, cılız və zəif məxluqlar təlaşla yuxarıya can atır, sürüşür, yıxılır, amma cəhdlərindən əl çəkmirdilər. Az bir qismi, lap az bir qismi quyunun günəş tərəfindən işıqlandırılmış hissəsinə çatmağa nail olurdu. Ora quru idi və onlar artıq sürüşməkdən qorxmadan daha sürətlə dırmaşırdılar. Onlardan biri qansız pəncəsini qaldırdı, quyunun kənarından yapışdı və qalxaraq günəşin şəfəq saçdığı sahilə nəzər saldı. Birincinin ardıyca ikinci də yapışdı. Amma elə bu vaxt nəhəng bir əl onları aşağıya, lap dibə çəkdi. Quyunun qapağı çırpıldı, yenidən sonsuz qaranlıq ətrafı bürüdü və yalnız boğuq su şappıltıları eşidilməyə başladı. Qırılmış dostluq
Mənbə
redaktə- Dünya xalqlarının atalar sözləri. Bakı.2015