Nəcib insan hər şeydən əvvəl oz vəzifəsinə hörmətlə yanaşır.Cəsur olub vəzifəsni bilməyən nəcib insan qiyamçı, nanəcib isə soyğunçu olar. Konfutsi
Nəcib insan insanlara özündə xeyirxahlığı görməyə kömək edir, pis şeyləri görməyi isə öyrətmir. Nanəcib isə tam əksinə edir. Konfutsi
Nəcib insan lazımi, nanəcib insan isə sərfəli şey barəsində düşünür. Konfutsi
Nəcib insan ləyaqətlə Səmanın hökmünü, nanəcib insan isə təlaş içində uğur gözləyir. Konfutsi
Nəcib insan özünə, nanəcib insan isə başqalarına qarşı tələbkardır.Konfutsi
Nəcib insanla nanəcib insanın arasında fərq ondan ibarət deyil ki, nəcib insan hər cür nanəciblikdən uzaqdır. Əsas fərq ondadır ki, nəcib insan nanəcibliyi görür və nə olduğunu bilir, nanəcib insan isə nəinki özündəki nanəcibliyi görür, əksinə, elə bilir ki, o ən mükəmməl insandır. Vissarion Belinski
Nəcib insanlar başqalarının ardınca getmir, onlarla əmin-amanlıqda yaşayırlar. Nanəcib adamlar isə başqalarının ardınca gedir, amma onlarla razılıqda yaşamırlar. Konfutsi
Nəcib ruh sakit olur. Nanəcib insan həmişə təlaşlı olur. Konfutsi