Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
Aristotel yanılırdı: fəlsəfə biliyə olan nəcib istəyin deyil, qorxaqcasına ağrıdan qaçmaq istəyinin nəticəsi idi. Buna görə də dinin astanası cəhalət və qorxu idi ki, yetkin, maariflənmiş insan onu dəf etməli idi. Pol Anri Holbax
Əfqanlar öz müqəddəratını təyinetmə hüququnu xalqımız üçün məqbul olan demokratik və ya ənənəvi mexanizm vasitəsi ilə bərpa etmək istəyirlər.… Bu nəcib məqsədə doğru getməyə hazırıq. Bunu bəşəriyyəti dözümsüzlük, zorakılıq və fanatizm bəlasından qorumaq vəzifəmizin bir hissəsi olaraq qəbul edirik. - Əhməd Şah Məsud[2]
Əgər bаşçının xаrici görünüşü nəcibliklə dоludursа, Hunlаr dа, düşmənlər də оnа nəcib insаn kimi münаsibət bəsləyəcəklər. Atilla
Necə də nəcib bir davranış olardı qəlbi sevinclə dolu birinin oxuduğu şərqini kədərli birinin müşayiət etməsi. Cübran Xəlil Cübran
Nəcib adam həyatında üç şeydən uzaq olmalıdır: həyat gücü bol olan gənclikdə qadınlarla maraqlanmaqdan, həyat gücü qüdrətli olan yetginlikdə rəqabətdən, həyat gücü kasad olan qocalıqda isə xəsislikdən. Konfutsi
Nəcib ailədəki abırsız qızlar kimi, özündən razı hökmdarlar, narazı brahmanlar, dindar kurtiziankalar da məhkum edilmişdir. Çanakya
Nəcib davranışla hətta düşməni fəth etmək olar. Çanakya
Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə! Xudu Məmmədov
Nəcib insan bədbəxtliyə mətinliklə sinə gərir, nanəcib isə daha da açılır. Konfutsi
Nəsib insan doyunca yeməyə və varlı yaşamağa cəhd etmir. O, işlərində tələsir, danışığında ləngiyir. O, fəzilətli insanlarla ünsiyyət quraraq özünü nizamlayır. Belə insan haqqında demək olar ki, o özünü oxumağa həsr edib. Konfutsi
Nəcib insan hamı ilə razılıqla yaşayır, nanəcib isə özünə bənzərlərini axtarır. Konfutsi
Nəcib insan heç kimdən yalan gözləmir, amma onu aldadırlarsa, o bunu birinci olaraq hiss edir. Konfutsi
Nəcib insan hər şeydən əvvəl oz vəzifəsinə hörmətlə yanaşır.Cəsur olub vəzifəsni bilməyən nəcib insan qiyamçı, nanəcib isə soyğunçu olar. Konfutsi
Nəcib insan insanlara özündə xeyirxahlığı görməyə kömək edir, pis şeyləri görməyi isə öyrətmir. Nanəcib isə tam əksinə edir. Konfutsi
Nəcib insan qəzəbi də, mərhəməti də eyni ləyaqətlə qarşılayır. Konfutsi
Nəcib insan qida haqqında yox, ədalətli yol barəsində düşünür. O, tarlada çalışıb ac qala bilər. O özünü oxumağa həsər edər, çoxlu mükafat qəbul edə bilər. Ancaq o, yoxsulluq barəsində yox, ədalətli yol haqqında narahat olur. Konfutsi
Nəcib insan lazımi, nanəcib insan isə sərfəli şey barəsində düşünür. Konfutsi
Nəcib insan ləyaqətlə Səmanın hökmünü, nanəcib insan isə təlaş içində uğur gözləyir. Konfutsi
Nəcib insan öz üstünlüyünü bilir, amma rəqabətdən qaçır. O hamı ilə yola gedir, amma heç kimlə sövdələşməyə girmir. Konfutsi
Nəcib insan özünə, nanəcib insan isə başqalarına qarşı tələbkardır. Konfutsi
Nəcib insanla nanəcib insanın arasında fərq ondan ibarət deyil ki, nəcib insan hər cür nanəciblikdən uzaqdır. Əsas fərq ondadır ki, nəcib insan nanəcibliyi görür və nə olduğunu bilir, nanəcib insan isə nəinki özündəki nanəcibliyi görür, əksinə, elə bilir ki, o ən mükəmməl insandır. Vissarion Belinski
Nəcib insanlar başqalarının ardınca getmir, onlarla əmin-amanlıqda yaşayırlar. Nanəcib adamlar isə başqalarının ardınca gedir, amma onlarla razılıqda yaşamırlar. Konfutsi
Nəcib ruh sakit olur. Nanəcib insan həmişə təlaşlı olur. Konfutsi
Taleyi dərk etmədən nəcib insan olmaq olmaz. Lazımi şeyi dərk etmədən həyatda dayaq əldə etmək mümkün deyil. Sözlərin əsl mənasını dərk etməyi öyrənmədən insanları tanımaq olmaz. Konfutsi
Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə nəcib adamlar olmuşlar. Karl Marks