A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Bütün dövrlərdə dil zənginliyi ilə natiqlik sənəti yanaşı addımlayıblar. Anton Çexov
  • Demokratik dövlətlərdə natiqlik, monarxiyalarda təmkin və tədbirlilik yüksək qiymətləndirilir. Edmund Berk Bork
  • İtaəti nəcib varislərdən, natiqliyi alimlərdən, fəndləri və əllərin cəldliyini qumar oyunçularından, hiyləgərliyi qadınlardan öyrənmək lazımdır. Çanakya
  • Natiqlik çox güclü, lakin çox az bir müddətdə təsir edir. Asanlıqla coşan insanlar asanlıqla da sakitləşirlər. Jan Jak Russo
  • Ritorlar (qədim Yunanıstanda natiqlikdən dərs deyən müəllim) düzgün danışmağı öyrədir, amma düzgün hərəkət etməyi öyrətmirlər. Sinoplu Diogen
  • Sahibi pis olan inək, südünü brahmanlara yox, itlərə verdiyi kimi, pozğun, əxlaqsız hökmdar da cəsarətsiz, müdriklikdən və natiqlikdən, gücdən və digər nəcib keyfiyyətdən məhrum olanların tərəfini saxlayır. Çanakya/Hökmdar

İstinadlar

redaktə