A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi
  • Alovda nur yoxsa, nurda alov var. Əbu_Turxan
  • Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür![1] İsa
  • Hər bir nurun daxilində özündən ali nura eşq var. Sührəvərdi
  • İnsanı özünə bağlayan və hüsn-camalı kamala yetirən ağlın nuru və mərifətin ziyasıdır. Firidun Köçərli
  • İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin dalındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır.Semuel Teylor Kolric
  • Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır. Füyuzat_jurnalı
  • Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. Mustafa Kamal Atatürk
  • Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz.[2] İsa
  • Nura qovuşa bilməyənlərin qisməti nardır. Əbu Turxan
  • Ruhu bir nurdur aşiqin, təbiəti bir qaranlıq! İbn Ərəbi
  • Zülmət nura qarşı dura bilməz. Alman atalar sözləri
  • Zülmətdən nura doğru yüksələn bütün yollardan ən nəcibi və ən çətini aristokrat və monarxist doğulub, demokrat olmaqdır. Viktor Hüqo

İstinadlar

redaktə
  1. Matta 6:22-23
  2. Yəhya 3:19-20