Ovuc
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir ovuc düyü - min qırmancdan süzülən qandır. Monqol atalar sözləri
- Bir ovuc nümunə ilə bir xalvarı bilmək olar.
- Bütün yer üzünə arpa əkilsə, ulağa yenə də bir ovucdan artıq catmayacaq. Əfqan atalar sözləri
D
redaktə- Düyü bir ovuc da olsa, onu bişirmək üçün böyük ocaq çatmaq gərəkdir. Tamil atalar sözləri
H
redaktə- Həqiqəti də Günəş kimi ovucla örtmək olmaz. Konqo atalar sözləri
X
redaktə- Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik. Deni Didro
K
redaktə- Kasıb bir ovuc buğda üçün dağları aşar. Avar atalar sözləri
- Kitablar insan düşüncəsinin incilərini toplayaraq nəsillərə ötürür. Bir ovuc toz halına gələcəyik, ancaq dəmir və daş abidələri kimi kitablar əbədi olaraq qorunur. Musa Aybək
M
redaktə- Mete xan Çin ordusu ilə üz-üzə gəlmişdi. Ətrafı gözdən keçirmək üçün vəziriylə bir təpəyə qalxdı və gördü ki, türk ordusu Çin ordusu qarşısında bir ovuc qarışqa kimidir. Vəziri Mete xanın geri çəkiləcəyini düşünərək soruşdu:- Nə düşünürsüz, hökmdar?
Mete xan vəzirinə dönərək dedi: -Bu qәdәr çinlini harda basdıracam... Mete xan
Y
redaktə- Yalanın quyruğu ovuc içindən uzun olmaz. Qazax atalar sözləri