Qəhvə (ərəb. قهوة‎‎‎‎ – "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.

Qəhvə
Alvan Fischer



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir fincandakı qəhvə kimidir həyat. Bəzən şirin bəzən deyil. Əhəmiyyətli olan qəhvənin dadı deyil onsuz da, onu kiminlə içdiyinizdir. Bob Dilan
  • "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. Turqut Uyar
  • Qəhvə eşq kimidir, nə qədər səbr və diqqət göstərsən dadı o qədər gözəl olar.Əlif Şəfəq
  • Qəhvə cəhənnəm kimi qara, ölüm kimi qüvvətli, sevgi kimi dadlı olmalıdır. Türk atalar sözləri
  • Qəhvə içilmədiyi zaman insan onu yatırdan bir şey içəcəkdir. Alfons Alle
  • Qəhvəni çaya bərabər elədilər, çayın qiyməti düşdü. Kürd atalar sözləri
  • Qəhvəni gecə kimi qara, cəhənnəm kimi isti və qadın kimi dadlı içməlisən. Kolumbiya atalar sözü

İstinadlar

redaktə