Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. O.Henri
Bu dünyada sevgi qarışıq, qeyri-adi yollarla hərəkət edir. Teodor Drayzer
Əslimi, nəslimi tanıyıram mən, Qarışıq deyiləm, özümdən hürkəm. Sən kimsən, sən nəsən, özün bilərsən, Mən ilk qaynağımdan türk oğlu türkəm. Bəxtiyar Vahabzadə
Köhnə, sanki dəniz dibindən çıxan, dalğalı vərəqləri olan bir qucaq köhnə kitablarım yadıma düşür. İsti yay günlərində otluqda oturub, dəqiqəbaşı o vaxt uzatdığım, gözümə düşən saçlarımı kənara edərək onları oxuduğumu da xatırlayıram. Səhər tezdən poeziya və fəlsəfə haqda mübahisə edən sinif yoldaşlarımın səsindən qara anbarın üstündəki balaca otağımda yuxudan ayılmağımı xatırlayıram; uzun qışları, mətbəxdəki buxarla və stol arxasında Kafka və Pikasso haqdakı qarışıq söhbətlərlə dolu səhər yeməklərini xatırlayıram. İşiquro Kazuo
Qaranlıq dəhlizlə aşağı endim, sonra yuxarı qalxdım. Mən tək idim; mən qışqırdım, amma mənə cavab verən olmadı. Mən labirintə oxşayan bu geniş, qarışıq otaqda tək idim. Gi de Mopasson
Millətin qan qarışması baxımından qarışıq nikahlar çox faydalıdır. Yeni qanın qarışması genlərin, yeni mədəniyyətlərin birləşməsi deməkdir.[2]Elçin Əzizov