Alternativ seçərkən müdrik başçı elə variant axtarır ki, onun nəticələri risk və məsrəflərdən çox olsun. Əsl başçı ümumi rifahın xeyrinə qərar qəbul edir. Atilla
Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən. Oşo (Çandra Mohan Racniş)
Heç vaxt yaxınlarını itirməyə risk etdiyin vaxt olduğu qədər onları sevmirsən. Anton Çexov
Hər sözü bir şəkildə izah edən çincədə "risk" iki şəkil yan-yana gətirilərək yazılar: Təhlükə və fürsət. Corc Bernard Şou
İlk baxışdan aşiq olmaq riskli bir şeydir. Çünki, ona qədər qız hələ oğlanın çek kitabçasını, oğlan isə qızı papilyotkada (saçları burmaq üçün işlədilən kağız lülə) görməyib. O.Henri
Mənim kişilərlə bağlı çox tez qərarlar qəbul etmək tarixim var. Mən həmişə tez və riskləri ölçmədən aşiq olmuşam. Mən yalnız hər kəsin ən yaxşısını görməyə deyil, hər kəsin emosional olaraq ən yüksək potensialına çatmağa qadir olduğunu düşünməyə meylliyəm. Mən kişinin özü ilə deyil, kişinin ən yüksək potensialı ilə saymaq istəmədiyimdən daha çox aşiq olmuşam və uzun müddət (bəzən də çox uzun) bu münasibətə bağlı qalmışam. öz böyüklüyünə yüksəlir. Romantikada dəfələrlə öz nikbinliyimin qurbanı olmuşam. Elizabet Gilbert
Öz fantaziyanıza sərbəstlik verərək və təkziblərdən qorxmayaraq danışılması mümkün olan yalnız iki mövzu var. Siz yuxuda gördüyünüzü, tutuquşundan eşitdiyinizi danışa bilərsiniz. Məhkəmə şahid ifadəsi vermək üçün nə Morfeyi, nə də tutuquşunu məhkəməyə buraxmaz, dinləyicilər isə sizin hekayənizə irad tutmağa risk etməzdilər. O.Henri