A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqların arasında ikiüzlü, riyakar adlanan müəyyən bir təriqət var və onlar daim özlərini və başqalarını, daha çox isə başqalarını aldatmağı öyrənirlər. Əslində isə, onlar özlərini başqalarından daha çox aldadırlar. Leonardo da Vinçi
  • Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn Rusiyaya mühacirət etməyi üstün tutardım. Avraam Linkoln
  • Belə yaşamaq üçün ya diplomat ya da riyakar olmaq lazımdır. Belə baxanda ikisi də eyni şeydir. Frederik Beqbeder
  • Dostluqda olduğu kimi, dövlət işlərində də riyakarlıq və yaltaqlıq olmamalıdır. Mark Tulli Siseron
  • Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Qabusnamə
  • Həyasız riyakarlıq, xidmət etməyə öyrəşmiş insanlara hörmət hissi aşılayır. Onore de Balzak
  • İnsanlar sevgiyə utancaqlıq, poeziya, özünü qurban vermə, fədakarlıq verdilər. Amma bununla yanaşı, ona ifratçılıq, məkrlik, pozğunluq, riyakarlıq kimi heç bir heyvanın vermədiyi şeylər də daxil etdilər. Aleksandr Düma (oğul)
  • Qəlbinin güzgü kimi saf və təmiz olmasını istəyirsənsə, qəlbindən on ünsürü - acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüşkənliyi, qəzəbi, təkəbbürü qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxarıb at. [1] Ömər Osmanoğlu
  • Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir. Əbu Turxan
  • Riyakar- hər iki valideynini öldürüb yetim qaldığına görə bağışlanılmasını istəyən adamdır. Avraam Linkoln
  • Riyakarlıq zəiflərin silahıdır. Əbu Turxan
  • Riyakarlıqla gülməkdənsə, qaşqabaqlı olmaq yaxşıdır. Monqol atalar sözləri

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.227