A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzən səssiz və dərin, bəzən duyğularla dolu, xəyalpərəst, kədərli və bəzən insan səsinin əks-sədası ilə səslənir. Xüsusi səs keyfiyyətinə sahib başqa heç bir musiqi aləti tanımıram. (Saksafon haqqında) Hektor Berlioz
  • Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. Aqata Kristi
  • Boş başlarda əks-səda qoparmaq çox çətin işdir. Stanislav Eji Lets
  • Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız. Mişel Uelbek
  • Müəllimin evi kitabxanadır, dövləti şagirdlərdir, sazı, nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
  • Sevgi və dostluq qarşılıqlı ək-sədadır: onlar götürdükləri qədər verir. Gertsen
  • Səda necə, əks-səda da elə. Rus atalar sözləri
  • Son vaxtlar, iki aydır, üç aydır bir fikir beynimdə fırlanır. Bir söz, bir səda gəzir - Ey, Manaqua, mən dəniz qurduyam, məni duyarmısan? Deyirlər məhkəmə olacaq, filan olacaq... Və elə birdən beynimə gəlir, Ey Manaqua, mən dəniz qurduyam, məni duyarmısan?[1] Əbülfəz Elçibəy
  • Yaddaş qəribə görüntülər yaratmağı bacarır. O, ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözəgörünməz addımların əks-sədası eşidilir. Şüşələri sınmış pıncərələrdə ölənlərin qaraltıları görünüb-yox olur, lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır. Cerom Klapka Cerom

İstinadlar

redaktə