Səfəvilər

tarixi dövlət

Səfəvilər — 1501-ci ildən 1736-cı ilə qədər hökm sürmüş Səfəvi sülaləsi tərəfindən idarə edilən Azərbaycan dövləti.

Səfəvi dövlətinin bayrağı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əllamə Təkəli Səfəvi məmləkətinin ən gözəli olan [Azərbaycanı] rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, sultan bircə gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu [sultanı] nadan və haqtanımaz Əlqas Mirzəni ağlının gödəkliyi və ondan da artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil adamlarından olan belə mehriban qardaşın (I Şah Təhmasibin) xidmətindən yayınıb Rum diyarına getdi. Sultan Süleyman onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı.
  • ...Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.
  • Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk (Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır.
  • Sultan Heydər bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlarda dəbdə olan "Türkman papağı"nı on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şanşöhrətli adamlar "qızılbaş" ifadəsi ilə məşhur oldular.
  • Xüsusilə, İsfahanda şahın xidmətində olanlar daha böyük həvəslə türk dilində danışırlar, onlardan nadir hallarda fars sözləri eşidərsən...

İstinadlar

redaktə
  1. İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.154.
  2. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi: S. Əliyarlı), Bakı,2007, səh. 169-170
  3. Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947
  4. İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.70.
  5. Adam Olearinin səyahətnaməsi, beşinci kitab, 23-cü fəsil, səh. 814