A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Antisemitizm heç də qorxunc deyil, sadəcə iyrənc, rəzil və axmaqdır: ona görə iyrəncdir ki, şəxsiyyətə qarşı deyil, qana qarşı yönəlibdir, ona görə rəzildir ki, həqarətli görsənmək istəsə də, paxıldır, ona görə axmaqdır ki, məqsədi dağıtmaq olduğu halda onu daha da birləşdirir. Yəhudilər o zaman yəhudi olmayacaq ki, yəhudi olmaq milli anlamda sərfəli olmayacaq, əxlaqi anlamda rüsvayçılıq olacaqdır. Əxlaqi mənada yəhudi olmaq o zaman rüsvayçılıq olacaq ki, bizim xristian ağalar, nəhayət, həqiqi xristian olacaqlar, başqa sözlə — başqalarının həyatını yaxşılaşdırmaq xətrinə öz həyat şərtlərini şüurlu şəkildə pisləşdirəcək, bu pisləşmədən də həzz alıb sevinəcəklər. Amma hələ ki, bu baş verməyib, iki min il də bunun üçün kifayət etməyib. Mark Levi
  • İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır.[1] Seneka
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • Mətbuata bir dollar sərmayə qoymaqdansa, on dollara silah almaq daha sərfəlidir, çünki silahların danışmaq ehtimalı azdır, mətbuat isə səhərdən axşama qədər ağzını bağlamır. Riçard Nikson
  • Nəcib insan lazımi, nanəcib insan isə sərfəli şey barəsində düşünür. Konfutsi
  • Özünüzə investisiya qoymaqdan daha sərfəli investisiya yoxdur. Bu, edə biləcəyiniz ən yaxşı investisiyadır; onunla heç vaxt səhv gedə bilməzsən. Bu, sizin ən yaxşı versiyanız olmaq üçün özünüzü təkmilləşdirməyin əsl yoludur və ətrafınızdakılara ən yaxşı şəkildə xidmət edə bilməyə imkan verir. Ürəkdəki işıq (Roy T. Bennettin əsəri)
  • Şöhrət sərfəli mal deyildir: qiyməti baha, saxlanılması isə pis. Onore de Balzak
  • Tiran və başqa şəhərlər üzərində hökmranlıq edən əzəmətli şəhərlər üçün sərfəli olan hər şey məntiqə uyğundur. Fukidid

İstinadlar

redaktə