Səs-küy
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı insanlar təklik axtarmaqdan daha çox, axmaq insanların yaratdığı səs-küydən qaçarlar. Artur Şopenhauer
B
redaktə- Bazarda ona görə səs-küy qalxır ki, hərə öz bildiyini danışır. Benqal atalar sözləri
- Bilik dəniz kimidir: səthində çırpınan və sıçrayan hər zaman daha çox səs -küy salır və buna görə də naməlum dərinliklərin ən dibinə qədər xəzinə axtarışında sakitcə nüfuz edən inci axtarandan daha çox diqqəti cəlb edir. Vaşinqton İrvinq
- Bu necə davadır ki, səs-küyü yoxdur. Mixail Zoşşenko
Ç
redaktə- Çayın daha dərin olduğu yerdə su daha az səs -küy salır. Portuqal atalar sözləri
D
redaktə- Dünya yeni səs-küy qaldıranların yox, yeni dəyərlər icad eləyənlərin ətrafında fırlanır. O, səssizcə fırlanır. Fridrix Nitsşe
G
redaktə- Gəncliyimin sonunu xəbər verən əlamətlər arasında ən önəmlisi ədəbiyyata böyük marağımın olmamasıdır. Artıq, hər şeyə rəğmən, bir vaxtlar eşitdiyim ruhani həqiqətləri tapmaq ümidi ilə kitablar açmıram. Oxuyuram, getdikcə daha çox oxuya bilmək istəyirəm, amma bir vaxtlar olduğu kimi, kitablarda tapdığım müxtəlif təcrübələri nə həvəslə qarşılayıram, nə də onları parlaq, poetika qədər rasional səs-küyə çevirmirəm. Turin küçələrində gəzərkən də eyni şey olur. Mən artıq bu yerləri yaratmaq səylərini sürətləndirən romantik, simvolik güc mənbəyi kimi görmürəm. Hər dəfə “bu, əvvəlcədən hazırlanmışdır” demək istəyirəm. Sevdiklərimi, vəsvəsələrimi, yorğunluğumu, istirahətimi hərtərəfli nəzərdən keçirəndə, açığı, daha həyata yeni kəşflər gətirəcək bir sahə kimi baxmıram, poeziya bu baxımdan məni daha az maraqlandırır. Çezare Paveze
K
redaktə- Karın başına əmud dəydi, dedi: nə səs-küydür? Talış atalar sözləri
- Kiçik çayların səs-küyü bərk olar. Alman atalar sözləri
Q
redaktə- Qadın uzun müddət ağlayıb səs-küy salsa, 2 + 2-nin 5-ə çevriləcəyinə inanır. Corc Eliot
T
redaktə- Tale güclüləri, zəifləri eyni cür vurur, amma palıd ağacı səs-küylə və cırıltıyla yıxılır, ot isə səssiz. Pyer Büast