Türk dili

türk dillərinə aid olan dil; Türkiyə Respublikasının dövlət dili

Türk diliTürkiyənin və ŞKTR-nin rəsmi dili.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bizə məlumdur ki, türk farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha çox yaradıcıdır, … fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. Əlişir Nəvai
  • Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk (Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır.
  • Mənim millətimin dili təkdir. Bu türk millətidir, dili təkdir. Rəcəb Tayyib Ərdoğan
  • Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur. Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin. Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır. Mustafa Kamal Atatürk
  • Müxtəlif millətlərin arasında bir-birini qanmaq və qandırmaq üzrə ümumi olaraq türk dili işlənir. Türk dili burada (Urmiyada) beynəlmiləl bir dildir. Onu hər kəs biliyor. Erməni, kürd, rus, fransız, ingilis, fars, aysor, alman hamısı türkcə danışar. Bu. qədər müxtəlifül-cins bir heyətin hamısı ilə danışa bilirəm. Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss ediyoram.[2][3] Məhəmməd Əmin Rəsulzadə
  • Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.[4] Engelbert Kempfer
  • Türklər ortaq türk dili ətrafında birləşərək varlıqlarını davam etdirə bilər. İsmayıl Qaspıralı

İstinadlar

redaktə
  1. Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372–75 şəmsi, 3-cü cild, səh. 946–947
  2. Urmiyə. 15 iyun Məhəmməd Əmin "Tərəqqi" qəzeti. № 144. 30 iyun 1909
  3. Məhəmməd Əmin Rəsulzadə əsərləri I cild 1903–1909
  4. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi: S. Əliyarlı), Bakı,2007, səh. 169–170